Xəbər lenti
Bütün xəbərlər

Rövnəq Abdullayevin oğlu klub rəhbəri seçildi

  • 06 sen 2016, 19:42
Birinci divizionda iştirak edəcək "Səbail” klubunun iclası keçirilib. 

Apasport.az xəbər verir ki, toplantıda klubun rəhbəri müəyyənləşib.

Keçirilən seçkilərdə Rəşad Abdullayev yekdilliklə klubun Müşahidə Şurasının (MŞ) sədri seçilib. MŞ-nın əvvəlki rəhbəri Yusif Həsənov isə icraçı direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rəşad Abdullayev AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğludur.
Oxşar xəbərlər