"MTN İŞİ" üzrə bugünkü məhkəmədə ləngimə olub

  • 01 fev 2017, 13:15
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi bu gün saat 11:00-a təyin edilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan proses dustaqların gətirilməməsi səbəbindən başlamayıb.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a açıqlamasında deyib ki, Akif Çovdarov və digərlərinin məhkəmə prosesinə gətirilməsində yaranan problem hava şəraiti ilə əlaqədardır.

Vəkilin sözlərinə görə təqsirləndirilən şəxslər məhkəməyə gətiriləcəyi təqdirdə prosesin baş tutacağı gözlənilir.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

İlkin Muradov
Oxşar xəbərlər