Azərbaycan-Ermənistan: sərhəd vəziyyəti

  • 31 iyul 2021, 12:57
Ermənistan və Azərbaycanın rəsmən tanınmamış dövlət sərhəddində atışma intensiv xarakter alır və 10 noyabr 2020-ci il tarixli sülh haqqında üçtərəfli sazişin təşəbbüsçüsü kimi Rusiyanın prosesi dinc məcraya yönəltmək cəhdləri nəticə verməyib. Kremlin atəşkəs haqda iyulun 28-də verdiyi son təklif tərəfləri qəbul edib və bir gündən az vaxtda pozulub.
Azərbaycan ərazilərinin bir hissəsinin 29 illik erməni işğalına son qoymuş 44 günlük müharibədən sonra qoşunların təmas xəttində yaranmış atəşkəs rejiminə aprelin əvvəlinədək tərəflər əməl edirdi, hətta bəzən iş Azərbaycan tərəfin sərhəddin ayrı-ayrı hissələrinin operativ şəkildə demarkasiyasına və Ermənistanın sərhəd güzəştlərinə (Kəlbəcər, Zəngilan) də gəlib çatırdı.
Aprelin sonunda prezident İlham Əliyev bildirdi ki, Ermənistanda baş qaldıran qisasçı qüvvələr yenidən Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. O, növbədənkənar parlament seçkilərində namizəd, Ermənistanın keçmiş prezidenti  Robert Köçəryanın bəyanatını nəzərdə tuturdu. Belə ki, o, öz seçkiqabağı kampaniyasında bəyanat vermişdi ki, Şuşanı və Hadrutu ermənilərə qaytara biləcək və əgər seçkilərdə qalib gələrsə, Qarabağın müstəqilliyi məsələsini qaldıracaq.
Sərhəddə gərginlik revanş istəyənlərin proqramına uyğun gəlir. Və təkcə buna görə yox. Köçəryan deyirdi ki, "Yerasxda  baş verən hadisələrin sülh müqaviləsi üçün zəmin hazırlaması mümkündür və bu müqavilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan imzalana bilməz. Bu da Qarabağın üstündən xətt çəkmək deməkdir”.
Sərhəddə atışma bu və ya digər şəkildə seçkilərlə üst-üstə düşür və həm seçkiqabağı, həm də seçkidənsonrakı xarakter daşıyır. Mayın 26-dan iyunun 4-dək tərəflərin silah tətbiqinin ilkin fazası qeydə alınıb. Bizim tərəfimizdən 5 belə hal qeydə alınıb. Silah tətbiqilə bağlı ilk olay Şuşa və Hadrutun qaçılmaz olaraq geri qaytarılması və Dağlıq Qarabağın müstəqilliyi ideyasının gerçəkləşdirilməsi ilə bağlı Köçəryanın ilk tezisinə şamil edilir.
Sonra sakitlik yarandı və seçkidən sonra pozuldu. İyunun 27-dən indiyədək tətbiqilə bağlı 10 hal qeydə alınıb, onlardan 2-i Qarabağda baş verib.
İkinci atışma olayı Köçəryanın tezisi ilə əlaqədar ola bilər.  Belə ki, o, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasını (sovet dövrünün sərhədlərinin tanınması da daxil olmaqla) Qarabağın itirilməsi kimi baxır.
Hazırda bu mövzu qəti şəkildə belə müqaviləyə qarşı çıxanlar üçün əsas problemə çevrilir və vizual olaraq revanşist qüvvələri əhatə edir,  lakin Nikol Paşinyanın əhatəsində belə şəxsiyyətlərin və qrupların mövcudluğunu istisna etmir.
"Biz şüurlu surətdə son həddə çatmış mühitə daxil olduqda özümüzə qovuşmuş oluruq". Karl Yaspers.Bu qrupların niyyəti müqavilənin imzalanma müddətini əlverişli vaxtlara qədər mümkün qədər uzatmağa hesablanır. Köçəryan Rusiyanın Birinci telekanalının aparıcısı Poznerə müsahibəsində bildirib ki, o 10 noyabr razılaşmanı pozaraq, növbəti dairə üzrə münaqişəni başlada biləcək hansısa geosiyasi dəyişikliyə ümid edir.
Güman ki, o, erməni separatçı hərəkatını dövrəyə buraxan, həmçinin 1991-ci ildə QKÇP-nin məğlubiyyətə uğramasına imkan verən Qorbaçovun yenidənqurma təcrübəsini nəzərdə tutur ki, bu, Ermənistanın Qarabağ uğrunda Azərbaycana qarşı silahlı mübarizəyə başlamasına yol açmışdı və Azərbaycan əırazilərinin 20 faizinin işğalı ilə nəticələnmişdi.  
Revanşistlər sülh prosesinin bərpası və hərtərəfli sülh müqaviləsinin hazırlanması üzrə beynəlxalq səylərdən tam məlumatlı və xəbərdardırlar. Prosesin işə salındığını Ermənistanda seçkilərdən (bu seçkilərdə  müharibə partiyası məğlubiyyətə uğradı)  dərhal sonra Brüssel, Moskva, Vaşinqtonun münaqişə tərəfləri ilə intensivləşmiş əlaqələri göstərir.
Müqavilədənöncəki kontekstdə revanşistlərin müxtəlif təxribatçı hərəkətlərini gözləmək olar. Onların motivi aydındır - geri çəkilmək yoxdur. İş hətta 1999-cu ildə Ermənistan parlamentində güllələnmə nəticəsində pozulmuş Ermənistan-Azərbaycan sülh razılaşması ərəfəsində olduğu kimi, Paşinyanın və onun həmfikirlərinin fiziki cəhətdən aradan götürülməsinə də çata bilər.
Yeni parlament avqustun 2-də özünütəsdiq və yeni hökumətin formalaşdırılması üçün toplaşacaq. Paşinyanın partiyasının üstünlük təşkil etdiyi qanunvericilik və icra hakimiyyəti Ermənistanın və Ermənistan-Azərbaycan münaqişəsinin gələcək taleyini müəyyənləşdirməlidir. Konseptual dramatik hadisələri məhz bundan sonra gözləmək lazımdır.
Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə və həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Əliyevin mövqelərinin güclənməsinə gətirib çıxaran müharibənin nəticələrinə görə, o, əldə olunanları birdəfəlik möhkəmlətmək üçün ilk növbədə Ermənistanla müqavilənin tezliklə imzalanmasında maraqlı olmalıdır.
İndiki halda tarixi torpaqlara qayıdış və hüquqi varisi çağdaş Azərbaycan Respublikası olan  Azərbaycan SSR-in beynəlxalq aləmdə tanınmış sərhədlərinin birtərəfli qaydada bərpası haqda Əliyevin bəyanatları bu xəttə zidd görünür. Çox güman ki, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin müharibədən sonra yaranmış status-kvonu nəzərə almadan danışıqlar prosesini canlandırmaq cəhdlərilə bağlı narazılıqdan irəli gəlib. Əliyev müharibə ərəfəsində olan danışıqların gündəliyinə yenidən baxılmasının zəruriliyindən dəfələrlə danışıb. Bu, xüsusilə Dağlıq Qarabağın statusuna aiddir. İlham Əliyevə görə, status yoxdur və  Rusiya imperiyasının dağılmasından sonra bolşeviklər tərəfindən yaradılmış Dağlıq Qarabağ süni coğrafi və inzibati quruluş yoxdur. Əliyev tezliklə sülh müqaviləsinin bağlanmasını və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını istəyir, lakin Dağlıq Qarabağın statusunu müzakirə etmək istəmir. Bu ziddiyyət də sərhəddə vəziyyətdə iştiraka sövq edə bilər.
Mehman Əliyev
Oxşar xəbərlər