Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » XİN: Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur
XİN: Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur
- 26 okt 2020, 10:41
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi açıqlama yayıb.
Açıqlamada deyilir:
"26 oktyabr tarxində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb.
Növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və onu açıq şəkildə pozur; 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Görünür, Ermənistan Baş nazirinin bəyan etdiyi kimi, bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalını davam etdirməkdir.
Azərbaycan öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir.
Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir".

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
RƏSMİ: Ermənistan atəşkəs rejimini kobudcasına pozur
ATƏŞ XƏTTİ: Düşmən Tərtərdən əl çəkmir
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Düşmən atəşkəs rejimini 24 dəfə pozdu
Ombudsman bəyanat yaydı
Cəbhədə gərginlik! Ermənilər atəşkəsi yenə pozdu
FHN: Gəncədə dağıntılar altından 17 yaralı və 5 cəsəd çıxarılıb
Ermənilər atəşkəs rejimini 128 dəfə pozublar
Düşmən cəbhədə fəallaşıb - atəşkəsi 97 dəfə pozub
CƏBHƏDƏN XƏBƏR! Atəşkəs 24 dəfə pozulub
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti