Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir

  • 13 may 2021, 01:10

Azərbaycan ordusu Ermənistanın Sünik vilayəti ərazisində mövqelərini irəli çəkib, bu barədə Ermənistanda hakimiyyət bəyan edib.

Daha əvvəl Ermənistanın Qoris şəhəri merinin müavini İrina Yolyan məlumat yaymışdı ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində "dövlət sərhədini keçib" və Verişen yaşayış məntəqəsi istiqamətində "3 kilometr irəli gəlib". Onun sosial şəbəkə və teleqram kanallarında yayılan məlumatına görə, sərhəd boyunca qarşı tərəfin "yüzlərlə hərbçisi dayanıb".

Onun iddiasına görə, Azərbaycan tərəfi burada 30 faizi sərhədin Azərbaycan tərəfində yerləşən Sevliç (Qaragöl) gölünü tamamilə öz nəzarəti altına almaq istəyir.


Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 12-də Azərbaycan silahlı qüvvələri "sərhədi dəqiqləşdirmək bəhanəsi ilə sərhəd hissələrindən birində müəyyən işlər görmək istəyiblər".


Lakin "görülən tədbirlər nəticəsində Azərbaycan hərbçiləri bu işləri dayandırıb. İndi vəziyyətin nizamlanması üzrə danışıqlar gedir".

Ermənistan Müdafiə Nazirliyi narahatlıq üçün əsas olmadığını bildirib və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırıb.

Daha əvvəl bəzi Teleqram kanalları İşxanasar istiqamətində Azərbaycan silahlı qüvvələri ilə döyüşlər haqqında və Ermənistan silahlı qüvvələrinin döyüş vəziyyətinə gətirilməsi haqqında məlumat yaymışdılar.

Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatlara həssas yanaşır, təbii ki, ölkənin sərhəd və müdafiə təhlükəsizliyinin maksimum şəkildə qorunmasına çalışır. Baş verənləri məlum 10 noyabr bəyanatından irəli gələn öhdəliklərin icrasında Ermənistanın Azərbaycan qarşısındakı acizanə çırpıntıları adlandırmaq da olar... 

Oxşar xəbərlər