Şuşadan şimal-qərbdə atışma olub – Rəsmi açıqlama

  • 15 iyul 2021, 09:02
Rusiya Müdafiə Nazirliyi Qarabağda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülleteni dərc edib.
Demokratik.Az xəbər verir ki, bu barədə haqqin.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirib.
Sənəddə deyilir ki, sülhməramlı kontingent tərəfindən vəzifələrin yerinə yetirilməsi davam etdirilir: “27 müşahidə postunda sülhməramlılar tərəfindən vəziyyətin gecə-gündüz monitorinqi aparılır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edilir.”
Atəşkəs rejiminə ümumilikdə əməl edildiyi vurğulanır. “Eyni zamanda, iyulun 13-də saat 20.27-dən 20.53-dək Şuşa şəhərindən şimal-qərb ərazidə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan nizamsız atışma qeydə alınıb. Hər iki tərəfin bəyanatına görə atəş nəticəsində xəsarət alan yoxdur”, – Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.
Bundan başqa, elə bu gecə - İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Oxşar xəbərlər