Xəbər lenti
Bütün xəbərlər

Elmar Vəliyev Nəqliyyat Departamentinə (DANX) "savaş" açdı? - fotolar

  • 23 okt 2016, 14:34

Gəncə meri nəqliyyat sferasını da əlində cəmləməyi bacarıb.

Demokratik.Az-a Göygöl sakinləri tərəfindən qalmaqallı məlumat daxil olub. Məlumata görə, bir neçə gün öncə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) əməkdaşları Göygöl Avtovağzalında xüsusi reyd keçirib. Reyd zamanı xəttdən kənar, lisenziya və müvafiq sənədləri olmadan sərnişin daşıyan bir neçə sürücüyə inzibati potokollar tərtib olunub. Qayda pozuntusuna yol verən, sənəd təqdim etməyən sürücülərlə xidmət əməkdaşları arasında mübahisə də düşüb. Məlum olub ki, Gəncə istiqamətindən reysə buraxılan avtobuslar öz "hamiləri"nə arxalanaraq dövlətin vergilərindən yayınaraq qanunsuz sərnişin daşıyır. Maraqlısı isə odur ki, mübahisədə sərnişinlər də iştirak edib. Səbəb Gəncə meri Elmar Vəliyevin adının çəkilməsi olub. Narazı kütlə bir ağızdan icra başçısının ünvanına sərt sözlər deyib.

Demokratik.Az bildirir ki, hazırda Göygöl - Gəncə marşrut xəttində süni özbaşınalıqlar baş qaldırıb.

Bu ilin sentyabrında Elmar Vəliyev rayonun sərnişin avtobuslarının şəhərə buraxılmasının qarşısını alıb və 10 ildən artıqdı formalaşan ənənəni pozub. Hazırda avtobuslar sərnişinləri şəhərin Gülüstan qəsəbəsində boşaldır və "Münasib" şadlıq sarayının ərazisində qəbul edir. Bu isə, sosial durumu heç də yaxşı olmayan Göygöl sakinlərində haqlı narazılıqlara yol açıb. Çünki əvvəllər 20 qəpiyə getdikləri mənzilə (köhnə avtovağzala, Nərimanov parkına-red) indi 40 qəpik ödəniş etmək məcburiyyəti yaranıb. Ən çox əziyyəti isə qocalar və tələbələr çəkir.

Şikayətçilər bildirir ki, Elmar Vəliyevin birdən - birə belə qərar verməsində məqsəd Gəncə şəhərdaxili 5 və 4 saylı marşrut xətti üzrə işləyən avtobuslarda sərnişin bolluğunu artırmaqdır. Bu iddialara cavab olaraq şəhərin gün-gündən gözəlləşməsinə çalışan şəhər rəhbərliyi Göygöl-Gəncə avtobuslarını pərakəndə şəkildə şəhər mərkəzindəki Nərimanov parkı ətrafında düzülərək fəaliyyət göstərməsini qanunsuz və absurd hesab edir. Sual ortaya çıxıb ki,...

Elmar Vəliyev 5 ildir Göygöl marşrutunun fəaliyyətinə nə əcəb göz yumub?  


Demokratik.Az xatırladır ki, hələ bu ilin mayından etibarən Nazirlər Kabinetinin 52 saylı qərarındakı dəyişikliyə əsasən, Gəncədə şəhərdaxili sərnişindaşımaya münasibətləri şəhər İH yanında "Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi" həll edir. Elmar Vəliyevin iradəsindən kənara çıxmayan bu qurumun səlahiyyətləri sayəsində şəhərin nəqliyyat sferası da bütövlüklə icra hakimiyyətinin əlində cəmləşib. Bunun nəticəsində uzun illərdən bəri Göygöl-Gəncə marşrut xəttinin fəaliyyətinə istədiyi kimi şərait yaradan DANX artıq Elmar Vəliyevin qərarlarına təsir edə bilmir. Digər məlumata görə, Elmar Vəliyevlə isti münasibətləri olan Gəncə avovağzalının rəhbəri Namiq Həsənov da baş verənlərdən narazıdır. Ona görə, şəhərlərarası bütün marşrutlar yeni avtovağzala daxil olmalıdır. Müqavilə bağlayıb bilet satışı əsasında plan da ödəməlidir. Təklifə görə, sərnişin avtobusları şəhərə daxil olmadan Göygöl-Hacıməlik yolu üzrə hərəkət etməlidir ki, bu da reallıqda mümkünsüz görünür. Ona görə də Göygöl-Gəncə marşrutu hələ də qanunvericiliyə "tabe" olmur.

 

Osman Nərimanoğlu

Demokratik.Az fotoları təqdim edir:    

 


 

 

Oxşar xəbərlər