Elmar Vəliyev hara gedir?

  • 02 okt 2016, 13:14

"Elmar Vəliyev potensialını Gəncə sferasında əvəzləyəcək rəqibi, alternativi belə yoxdur".

 

"Avropa Gənclər Paytaxtı" adını yenicə daşımaqda olan Gəncə şəhərinin meri Elmar Vəliyev barədə yeni iddialar ortaya çıxıb. Mətbuatın diliylə desək, icra başçısı daha yüksək posta yola salınır. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin "divarları" da artıq dil açıb.

 

Ortada müxtəlif iddialar var. Birinə görə, icra başçısı nazirliklərdən birində müavin postuna gətiriləcək. Digərinə inansaq, E.Vəliyevin Ekologiya naziri olmağa artıq sayılı günləri qalıb. Hətta, ən populyar dedi-qoduya görə, onun Bakı meri Hacıbala Abutalıbovun yerinə təyin olunacağı gözləntisi daha yüksəkdir.

Elmar Vəliyevin hansısa nazirin müavini, və ya komitə sədri ola biləcəyi versiyası inandırıcı səslənə bilər. Amma böyük ehtimalla Gəncənin dinamik enerjili əvəzolunmaz merinin bu kritik dönəmdə kiminləsə əvəzlənəcəyi real səslənmir. Ən azından ona görə ki, Elmar Vəliyev potensialını Gəncə sferasında əvəzləyəcək rəqibi, alternativi belə yoxdur. Üstəlik, onun 5 illik bu postunda yorulduğunu iddia etmək də düzgün olmaz. Gəncədə görülməli olan işlərin miqyası çox böyükdür. Elmar Vəliyev isə hələlik çətin işlərin öhdəsindən layiqincə gəlir və bu işlər çoxları üçün xeyli əlçatmaz görünür. 


 

E.Vəliyev 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı, 1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001-2004-cü illərdə Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı olub. Prezidentin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib. Ailəlidir, üç övladı, bir nəvəsi var. 

Osman Nərimanoğlu

 

Demokratik.Az

Oxşar xəbərlər