Xəbər lenti
Bütün xəbərlər

Gəncənin icra başçısı"TRT World" kanalına müsahibə verib

  • 08 apr 2016, 09:12
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Şəhidlər Xiyabanında dəfn olunan şəhid Quliyev İntiqam Cingiz oğlunun dəfin mərasimində iştirak edib. 

Daha sonra şəhər rəhbəri `TRT World` kanalının suallarını cavablandırıb.

Elmar Vəliyev bildirib ki, "Biz Hər zaman Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə həll edərək torpaqlarımızı geri qaytarmaq istəyirik. Münaqişənin azaldılması üçün əlimizdən gələni edirik. Amma bu heç bir nəticə vermədikdə, biz düşmənə silahla da cavab vermək iqtidarındayıq. Qarşı tərəf bilməlidir ki, biz öz torpaqlarımızı olnardan almağa hər an hazırıq. Bunun nəticəsidir ki, Azərbaycan əsgərləri ruh yüksəkliyi ilə torpaqların azad olması üçün vuruşurlar."

Şəhidin atası Çingiz dayı da öz hisslərini belə bölüşüb: "Sərkərdə İnqilabın ölümü ilə düşmələr heç nəyə nail ola bilməzlər. Çünki İnqilab kimi oğullar Azərbaycanda minlərlədi. Mən inanıram ki, torpaqlarımız azad olunacaq. Biz doğma Kəlbəcərə qayıdacağıq. Yalnız o zaman şəhidlərimizin ruhu eyni zamanda oğlumun ruhu şad olacaq. Biz prezidentimizin ətrafında daha sıx birləşməliyik. Mən prezidentimizlə fəxr edirəm."

Qeyd edək ki, Gəncə şəhər "Bayraq Meydanı”nda ordumuza dəstək aksiyası keçirilib. Bu Azərbaycan gəcliyinin gücünün, birliyinin nümayişi, vətənin hər çağırışına müsəlləh olmağın gözəl bir nümünəsidir.
Oxşar xəbərlər