Elman Eldaroğlu sərxoş olub Yardımlı kişilərini təhqir etdi - SƏSYAZI

  • 27 dek 2021, 18:48
Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri, eyni zamanda "Yardımlının səsi" qəzetinin baş redaktoru Elman Eldaroğlu ötən gün Yardımlıları təhqir edib. Eldaroğlu sosial şəbəkədə öz səsini paylaşaraq aşağılayıcı fikirlər deyib:
"Mən Yardımlılı olduğumdan özümə, ata-anama və nəslimə nifrət edirəm. Nə gündəsiz ay millət, Yardımlıda kişi yoxdur. Əgər varsa, gəlib mənimlə təkbətək görüşsün. Mən orda bir kişi görmədim..."- deyə Eldaroğlu qeyd edib.

Jurnalistin dedikləri Yardımlı sakinləri tərəfindən böyük hiddətlə qarşılanıb.
Xatırladaq ki, Elman Eldaroğlu uzun illərdir ki, adıkeçən rayonda xeyriyyə adı altında ianələr toplayır və Yardımlıların maddi dəstəyi sayəsində yaşayır. Onun birdən-birə Yardımlı camaatına qarşı nifrətedici mövqedə qərar tutmasının heç bir məntiqli izahı yoxdur. İlkin ehtimala görə, o, xoşagəlməz hərəkəti içkinin təsiri altında reallaşdırıb.

Və ya görünür, jurnalist-xeyriyyəçi ona hamilik edən icra başçı Ayaz Əsgərovun və sakinlərin yaxşılığından bezib, indiki durumda hansısa şəxsi maraqlarının təmin olunmamasına etirazını təhqirlə ifadə edib.

Yardımlılar jurnalistdən təcili üzr istəməsini tələb edir!

Demokratik.Az
Oxşar xəbərlər