Məhəmmədəli Qəribli kimdir? - ZEK müxbir + ŞƏRBAZ qrafoman
"Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlu Azərbaycan Respublikasının Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova, Azərbaycan Kütləvi İnformasiya Vasitələrinə, Azərbaycanın dövlət məmurlarına, ziyalılara və ölkə ictimaiyyətinə MÜRACİƏT yayımlayıb. Sosial şəbəkədə məqsədli və mütəşəkkil təhqir və böhtana, mənəvi təzyiqlərə məruz qalan jurnalist Osman Nərimanoğlu öz feysbuk səhifəsində bunları yazıb:
"Dəyərli oxuculara, sayqıdəyər ziyalılara, şərəfli dövlət məmurlarına, ləyaqətli qələm adamlarına və sadiq dostlara uca tanrının xoş salamı olsun. Allah özü hər bir nikbin bəndəsinə səbr verib, qəlbində imanı olanları hidayət etsin. Bizləri bəd əməllərdən, şeytanın və insanın şərrindən uzaq etsin! (Amin!)...
Sizlərə növbəti dəfə müraciətimlə dəyərli vaxtınızı aldığımı bilirəm. İnanıram ki, bu mənada məni bağışlayacaq, yazmağa məcbur, yazdıqlarımda isə tam səmimi olduğumu biləcəksiniz. Çünki söhbət vətənini və millətini sevən, dövlətçilik maraqlarını hər şeydən üstün tutan kiçik bir qələm adamının – Osman Nərimanoğlunun hazırki və gələcək taleyindən gedir. Şəxsi həyatıma, fəaliyyətimə və qanunlarla təsbit olunan hüquq və azadlıqlarıma qarşı ciddi basqılar və təhlükələr hiss edirəm. Amma, inanıram ki, sonda yenə haqqın ədaləti zəfər çalacaq.
Mən, həftələrdir özünü "Bakı Xəbər" qəzetinin müxbiri kimi cəmiyyətə sırımış Məhəmmədəli Qəribli adlı şəxsin və yaxınlarının media təqibi və təhqirləri ilə üz-üzə qalmışam. Böhtan və iftiralara, mənəvi təyziqlərə, şəxsimə ünvanlanan çirkin niyyətlərə qarşılıq nə edəcəyimi artıq bilmirəm. Adam indi də məni həbs etdirəcəyi hədəsi ilə söz-söhbətlər yayır.
Az müddət öncə, aşağılayıcı ”gecə statusları”na məndən etik cavablar alan, əfsuslar ki, ağıllanmayan, barışıq yolunda isə bütün körpüləri yandıran,savadsızca qrafomanlıq edən birisinin tənələrindən və əməllərindən yetərincə bezmişəm. Sizlərdən mənəvi dəstək istəyirəm ki , bu da mənim yeganə çıxış yolumdur.
Məni intihara cəhdə qədər sürükləyən biri barədə bəzi həqiqətləri hayqırmağa, ətrafımdakı zülməti aydınlatmağa yenə böyük ehtiyacım var. Neçə gündür susqunluğum kimlərinsə zehnində xain fikirlər yaradaraq, mənə qarşı növbəti düşmənçiliyi, əsassız ədavəti, şəxsiyyətim əlehinə anti - təbliğatı cücərdib.
Dəyərli dostlar! Bildiyiniz kimi, M. Qəribli adlı şəxsin özünütəbliğ və reklam kampaniyası olaraq, müxtəlif aspektlərdə şərlənirəm.
İlk ondan başlayım. Mənə nədənsə müxalifətçi damğası yamamağa çalışanlara və həqiqəti axtaranlara son kəs arayış verim. Göygöldə (Xanlarda) bir kasıb ailədə doğulub, ümummilli liderimiz mərhum Heydər Əliyev tərəfindən 2001-ci ildə fəxri adla təltif edilmiş əməkdar müəllimin tərbiyyəsi və himayəsi ilə böyümüşəm. 10 ildən artıqdır ki, müxtəlif media orqanlarında əsasən tənqidi və maarifləndirici məqalələrlə çıxış etmişəm. Ayrı-Ayrı vaxtlarda tanınmış qəzetlərin Qərb bölgəsi üzrə müxbiri olmuşam. Hazırda təsisçisi olduğum "Demokratik Dövlət” qəzetinin və "Demokratik.Az” saytının rəhbərliyini həyata keçirirəm. İndiyədək dövlətçiliyimizin inkişafına xələl gətirəcək, siyasi və iqtisadi uğurlarımızı kölgələyəcək məqalə - yazı yazmağı bacarmamışam. Əliyevlər siyasətinə qarşı siyasi müxaliflik, radikallıq da etməmişəm. Çünki bu əqidədə olmamışam. Mən müasir Azərbaycan dövlətçiliyində mərhum Heydər Əliyevin ideyalarını ümummilli və bəşəri bilmişəm, uşaqlığımdan Heydər baba deyib, O Şəxsiyyəti qeyri-adi yanaşma ilə sevmişəm.
1998-ci ilin prezident seçkiləri ərəfəsində Mərhum Heydər Əliyevə Gəncə İHB-nin önündə gül dəstəsi uzatmağa, öndərin nurani və qətiyyətli baxışı ilə qabaqlaşmağa, yaxınlığında olub saatlarla çıxışını dinləmək xoşbəxtliyinə nail olmuşam. Əməli addmlarım, cəmiyyətdəki davranışlarım və yazılarımda ulu öndərə olan dönməz sevgim həmişə duyulub. Azərbaycan dövlətinin hazırki qüdrətinə qürurla, nurlu işıqlı gələcəyinə əsl vətəndaşlıq duyğularımla yanaşmışam. Nə yazıqlar ki, rəzil bir Məhəmmədəli Qəribli kimiləri siyasi əqidəsizliyə yuvarlanıb, barəmdə belə şeyləri bilmədən şəxsi əxlaq və tərbiyyələrinə paralel olan iftiralar uydururlar. Hansı ki, Qəriblinin iftira dolu statuslarını dəstəklyənlər içərisində radikal və müxalifyönümlü dostları aşikardır. Təbii ki, bu sayıqlamaları mənə əsla günah gətirmir. Yetər ki, etdiklərinin mahiyyətini dərindən anlasınlar, bari şər və təhqir dolu cızma-qaralarını dəqiqləşdirib yazsınlar. Əxlaqlı olub bir də siyasi əqidəmə sataşmasınlar. Çünki, belə savadsızlıqları və yalanları artıq özlərini xeyli nüfuzdan salıb!
Altını çizərək qeyd edim ki, ölkəmizdə sağlam düşüncəli müxalifət təmsilçiləri var ki, yuxarıda səsləndirdiyim şəxsi siyasi əqidəmin nümayişiəsla onları aşağılamaq məqsədi daşımır ...
Dəyərli dostlar! Bu müraciəti yaymağa şəxsimi məcbur edən daha mühüm səbəblər baş qaldırıb. Səbəbin birincisi, adıçəkilən qrafomanın "BakıXəbər”qəzetinin baş redaktoru Aydın Quliyevlə əlbir olub, mənə qarşı bəzi elektron media üzərindən "insult şousu” (növbəti şər-böhtan) düzənləmələri, digər yandan, Məhəmmədəli Qəriblinin əslində kim olması, fitrətinin artıq hamıya əyan olmasıdır. Mühüm olanı da yazıram, sən demə, mənə qarşı kinli "səlib yürüşü”nün kökündə, sözügedən redaksiyanın yarıtmaz müxbirinin və sahibi Aydın Quliyevin mənzil almaq eşqilə ölkə başçısını və Azərbaycan ictimaiyyətini aldatmaq cəhdləri də dayanırmış. Sanki belə ucuz provokasiyalarla və təhqirlərlə məni şərləyənləri ifşadan çəkinəcəkdim.
Ötən günlərdə, gecə öz feysbuk səhifəsində canlı yayımda şəxsimə qarşı müəyyən sayıqlamalar edən, adımı müfuzdan salmaq cəhdlərini məqsədli davam etdirən Məhəmmədəli Qəribli adlı şərxata maşını yenə xodlanıb. Təxminən bir saatlıq "açıqlamasında” məntiqi və həqiqətləri təhrifə çalışan adam dərhal sonra videosunu silsə də, təkəbbürlə mənə yeni əzələ nümayişi etdirib.
Təəssüflənərək nəzərinizə çatdırıram ki, şərəf və ləyaqətimi alçaltdığına görə,”jurnalist” sanıb mübarizə apardığım, cavab yazılarımda haqq yoluna səslədiyim Məhəmmədəli Qəribli ağır cinayət əməli törətdiyinə görə, 11 il müddətində məhbəs həyatı yaşamış kütbeyin bir şəxsdir. Bunu öncədən tanısaydım, vallah, baş da qoşmayacaqdım. Adamın səm demə, tanınmaq, məşhurlaşmaq və keçmişindəki bəzi ştrixləri gizlətmək problemi varmış. Bunu da bir aya yaxındır ki, məni təhqirlə, şərləməklə həyata keçirir.
İllərdir özünü media adamı kimi tanıdan Məhəmmədəli 2000-ci illərdə Etibar adlı həmyerlisinin (iş adamının) kafesini maddi maraq müqabilində talamaqla yandıraraq, ağır cinayət əməlinə görə, Bakı şəhəri 11 saylı cəzaçəkmə müəssisəsində dustaq olub.
Məlumata görə, o, bu cinayətdə tək olmayıb, hadisəni Nizami və Hacı (dünyasını dəyişib) adlı həmyerliləri ilə birgə törədib. Adıçəkilənləri də özü ilə həbsə aparıb. 2011-12-ci illərdə cəzasının 1,5 il çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb. 2014-cü ilədək paytaxtda yaxınlarının himayəsində müxtəlif işlərlə məşğul olub və birdən - birə " jurnalistika”nın sehrinə düşüb, qanunazidd özfəaliyyətə başlayıb.
Dəyərli dostlar! Bugün mənim Məhəmmədəli sarıdan qarşılaşdığım acı nəticə də elə ondan doğub. Adam təsadüfdən həyatda insanların bir çoxu kimi, öz qavram və düşüncə tərzinin tam əksi olan peşəyə - jurnalistikaya gəlib. Bu şərəfli yola layiq olmadığı halda, illərdir cəmiyyətə mənasız və kinli fikirlər ixrac etməkdən, şəxsiyyət əlehinə sosial şəbəkədə statuslar yazmaqdan başqa, söz məhsuldarlığı sıfırın altıdır. Amma sevindiricidir, mənimlə qalmaqaldan sonra, zərərli statusların axınını azaldıb, ifadə tərzinə bir neçə etik sözlər əlavə edib. Buna görə mənə sağol borcu var, amma bu haqqımı ona halal edirəm. Yetər ki, adaptasiya olub, cəmiyyətə faydalı vətəndaş olmağa çalışsın, bəlkə alınacaq?..
İnternet üzərindən (google)aparılan kiçik araşdırma yetər ki, özünü tanınmış jurnalist kimi reklam edən bu şəxs 2014-2015-ci ilədək media cameəsində heç kim tərəfindən tanınmayıb, yazısına və məqaləsinə ümumiyyətlə rast gəlinməyib. Həmin illərdə də gündəm olmaq həvəsilə tanınmış qələm adamlarına bir neçə qalmaqallı atmacalarından, xoxdan savayı, hansısa iqtisadi, sosial, siyasi təhlilinə, fərli bir yazısına rast gələn olmayıb. Dövlət və hakimiyyət yanında heç bir siyasi təəssübkeşlik də sərgiləməyib. Siyasi yandaşlığı şübhəli və qeyri-müəyyəndir.
Nəhayət, məhkumluğu ola-ola bu mediaya yararsız düşüncə adamı 2015-ci ildə ”Azinforum.Az” adlı sayt quraraq, baş redaktora (vəzifəli, məsul şəxsə) çevrilib.
Hazırda müxbiri olduğu "Bakı Xəbər” və redaktoru Aydın Quliyevlə isə həmyerliləri vasitəsilə tanış olub. Keçmiş 11 illik ZEKin müxbir olması baş redaktorluğu qədər maraqlıdır.
Təsəvvür edin, ağır ictimai təhlükə törədərək 11 il məhkumluq həyatı yaşayan bir şəxsin özünə sayt açması qədər sadə və asan bir şey olmayıb. Bunu özü də artıq əks arqumentlərində ifadə edib. Zatən internetə, domen alışına maneə də mümkünsüz olub.
Məlumata görə, məhkumluğunu gizlətməyə çalışan M.Qəribov o illərdə soyadını da Qəribli olaraq dəyişib. Ədliyyə qeydiyyatsız internet üzərindən bir sayt açıb və özünü baş redaktor edə bilib. Amma, illər əvvəl, dərci üçün dövlətdən bol maddi yardım alan bir qəzet şefi Aydın Quliyevin müxbir vəsiqəsi bağışladığı şəxsin tərcümeyi-halında məhkumluğunu ya gizlətməsi, ya da birincinin bunu nəzərə almaması faktı da ortadadır. Hər iki halda, cənab Aydın Quliyev bu suallara cavab verməlidir: "Axı, Məhəmmədəlinin hansı özəl xüsusiyyəti onu qəzetdə ştatlı müxbirə çevirib? Əgər, Aydın Quliyev hər şeyə rəğmən daha peşəkar qələm sahiblərinə və məhkumluğu olmayanlara müxbirlik haqqı tanımayıbsa, heç sanballı birini də axtarmayıbsa, 11 il məhkumluqdan sonra, birinin əlinə qələm vermək bunların özlərindən savayı kimə və nəyə lazım idi? Yaxşı olmazdımı, "Bakı Xəbər” maaşa, qonarara ehtiyacı olan peşəkar jurnalistlərə həmkar əlini uzadardı, qəzetin və oxucuların xeyrinə çalışardı. Qəriblinin hansı şərtlərlə müxbir fəaliyyəti də qaranlıqdır, bilinmir qonarara, yoxsa əmək müqaviləli maaşa "çalışır”?
Əgər, talançılıqdan, özgənin əmlakını yandırmaqdan məhkumluğu olsa da, kimlərsə bu faktın məsələyə dəxli olmadığını deyəcəksə, mənfi nəticə artıq ortadadır.
Əgər, Aydın Quliyev bir zaman qəsdlə ağır cinayət əməli törədən şəxsin əlinə senzurasız qələm verib, ondan fikir və ifadə ixracına şərait yaradırdısa, onda mütamadi jurnalistika kursu təşkil edib, gərək Məhəmmədəliyə peşənin sirlərindən öyrədəydi. "Jurnalistin” konkret şəxs(lər)in barəsində fikir formalaşdırmaq istəyinin təhlükəli olduğunu, qadağan olduğunu anladardı. Status yazaraq fb profilində birinin şəxsiyyətinin deyil, əməlin, fikrin dartışılmalı olduğunu müxbirinə öyrədərdi. Əgər bunu etməyibsə, deməli bu əməkdaşlığın kökündə yalnız "evsiz zek”ə mənzil almaq üçün "Bakı Xəbər”lə aralarındakı xüsusi sövdələşmə dayanır. Nəticə etibarilə, cəmi bir neçə ildir sosial şəbəkələrdə aktivistlik edən, ictimai rəydə payı olmadan konkret şəxslərə söyən birinə ev almaqda redaksiya adından cəhd edilməsi, bu məqsədlə ölkə rəhbərliyini və bütün Azərbaycanı aldatmaq niyyəti əsla yolverilməzdir. Qəti əminəm ki, bu işə mükəlləf olan, müraciətləri araşdıran şəxslər bu qrafomanın yazarlıq standartlarına uyğunsuzluğunu araşdırıb tapacaq, 2020-ci ildə paylanacaq mənzilə əsl haqqı olan birinin şansını Aydın Quliyevlərin təqdimatı ilə Məhəmmədəliyə yem etməyəcəklər. Əgər, indidən bu niyyətdə olanlar varsa, onlar sorğu-sualsız ölkə başçısının Azərbaycan mətbuatına qayğısına, hümanizminə aşkar xəyanətə hazır olanlardır! Əgər bu ifşanın qarşısını almaq üçün mənə "dur!” deyəcəklərsə, deyirəm, çifayda…
Məhəmmədəliyə və bilməyənlərə məlumat üçün xatırladım ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə, Məhəmmədəli Qəribli ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsdir və cəzanı çəkib qurtardığı gündən altı il keçmədiyindən məhkum olunmuş sayılır. Bu anlayışla yanaşılsa, bu adamın vəzifəli şəxsə (baş redaktora) və ya müxbirə çevrilməsi aşkar özbaşınalıq, qanunvericiliyimizdəki boşluq faktıdır. Bu fakta zek müxbirin yazdığı statuslarında türmə terminlərini də əlavə etsək, o da aydındır ki, adam hələ də 11 illik məhkumluğunun zehni fəlsəfəsinin cəngindən yaxa qurtarıb, cəmiyyətdə özünü normal apara bilmir. Bir zaman əlində kibritlə birinin malını-mülkünü yandıran, indi də əlindəki kor qələmilə canları yandırır. O, kriminal qanunlarla yaşamadığını desə də, düşüncə əzginliyini şəxslər əlehinə yazdığı statuslarda incələyərək bilmək asandır.
Dəyərli insanlar! Məhəmmədəlinin "insult şousu”na qısaca aydınlıq gətirim. Məlum gedişatlardan qorxaraq, guya "Bakı Xəbər”in redaksiyasında beyin qanaxması, insult, gicəllənmə keçirən Məhəmmədəli Qəribli və himayədarları hələ də bu böhtan şousunu durdurmurlar. Sevindim ki, belə "ağır diaqnoz”dan iki gün keçməmiş, adamın rəsmi mənbələrdən kopyalayıb hazırladığı "siyasi yazıları” dərcə başladı. Özü də mənə qarşı danışmağa, yazmağa başladı. Amma kiçicik proqnoz verim. Yaxın gələcəkdə, M.Qəribli yaxın qohumlarının yanına – Gürcüstana gedib klinikalarda şəkil çəkdirsə, onda da adımı çəksə, demədi deməyin. Bu qondarma xəbərlərin səsi artıq qulaq batırır. Buna maraqlı olanlar o həddə qızışıblar ki, bu tərbiyyəsizlikdə 10-larla sayt rəhbərinə, tanıdığı jurnalistlərə yalvararaq, mənə qarşı cəbhəyə səsləyən Məhəmmədəli dəst-xətti aydın görünür. Zənglərindən bezən bir neçə həmkarımız artıq günahın kimdə olduğunun fərqinə özləri varıb. Mətbuat Şurasının sədri hörmətli Əflatun Amaşovun isə Aydın Quliyevin xahişilə Qəribliyə zəng edib səhhətilə maraqlanması xəbəri manşetlərə çıxarılaraq, son günlər bu şərxatanın qrafomaniya xəstəliyinə adrenalini əməllicə yüksəldib.
Son günlər tez-tez MŞ-nin binasını ziyarət edənə jurnalistikada ədəbi dil normaları barədə təlimatlar keçilməsi də sevindirici sayılır. Amma, deyəsən xeyli gecikiblər axı…
Mənə qarşı şər şousunun ilk günü Mahammedali Qaribli feysbuk profilində maraqlı gediş baş verib. "İnsult” keçirən şəxs özü barədə həyat yoldaşının adından status yazaraq mənfur niyyətini yenə açıb. Məntiqi olanlar bilir ki, heç bir kişinin fb profilinin kod-parolu həyat yoldaşında və bir başqasında olmur. Sizcə, Məhəmmədəli insult durumunda fb-yə giriş üçün və öz dəst-xəttli cümlələrlə status paylaşmağı hansı impulslarla ötürüb? Bəlkə redaksiyada ikən elə qışqırıb ki, həyat yoldaşı dəqiqliklə profilinə girərək, şoumenin fikirlərini yaza bilib. Çox rəzil bir durumdur və gülməlidir. Ən yaxşı halda, hesab edək ki, profilə giriş ailədə heç kəsə sirr olmayıb, əgər belədirsə, daha məntiqli sual gəlir. Mahammedali Qaribli profilində indiyədək yazılan şərhlərin, paylaşımların hamısı sahibinə məxsusdur, yoxsa fikirlərdə və paylaşımlarda da mənə qədər belə müştərəklik var? Əgər son statuslardan yalnız biri mənə qarşı həyat yoldaşı tərəfindən yazılıbsa, onda bu fb səhifəsinin iki kişi arasındakı qalmaqalda qarşı tərəfə görə, nəyi şəxsi oldu ki?..
Ötən gecə canlı yayımda barəmdə danışılanlara aydınlıq gətirim. Kağız yığını ilə öz xəstəliyində məni günahkar bilən Məhəmmədəli dramatik teatr çıxışında yenə şərləyib. Gah arxamda hansısa adamlardan, gah kriminaldan, gah da mənə qarşı özü fikirdə olanların varlığından bəhs edib. Onu da dilə gətirib ki, xəstəxanada olarkən radikal müxalifətçi dostlarından başqa, adamın ziyarətinə deputatlar, tanımadığı yüksək vəzifəli məmurlar gəlib. Telefon zəngləri ilə səhhətinə şəfalar diləyən 100-lərlə insan tapılıb. Sizcə nə baş verir? Kimdir axı bu, klounmu ya şərxatamı?
Qısaca, bütün dediyi arqumentlərin çürüklüyünü deyəcəm. Qalmaqalda danılmaz məqam odur ki, hər şey həqiqətən onun mənə qarşı yazdıqları ilə alovlanıb. Alovlandıqca da, təkəbbürü və mənliyi sabun köpüyü kimi şişib.
Bu yazımdan fərqli, əvvəlkilərdə onun barəsində heç nə yazmamışam, məni ittiham və təhqir edib ki, ancaq yazdığı nüanslara bir az sərt yazılarımla cavab vermişəm.
Qalmaqal 18 avqust 2018-ci il tarixdə M.Qəriblinin qısa, lakin təhqir ifadə edən statusu ilə başlayıb. Sitat: - "Heç olmasa, ildə bir dəfə gedib ölən dədəsinin qəbrini ziyarət etmir, başqasının atasının şəkilini illərlə profil rəsmi olaraq saxlayır" - yazıb Məhəmmədəli Qəribli!
4 gün sonra bilib, ad çəkmədən bu yazını yazmışam: - Profillərdə "dədə şəkli axtaran" - SƏN KİMLƏRİN COCUĞUSAN? Tarix: 23-08-2018, 14:26 /Demokratik.Az saytı
Məhəmmədəli Qəribli adlı facebook profili /24.08.2018/daha geniş təhqirə, yalan-böhtana yol verərək "KÖHNƏ PEŞƏ SAHİBLƏRİNİN UĞURSUZ TAKTİKASI İFŞA OLDU" başlığı altında açıqlama yayıb. Biabırçı statusa nədənsə Azər Həsrətlə yanaşı, çoxsaylı bəyənmə gəlib. "Bəyənmələr” müəllifin xahişi əsasında getdikcə artıb. Statusa 12 komment yalnız müəllifin özünə aiddir. Çünki, Qəribli yalan bildiyi fikirlərini hər vəchlə başqalarına inandırmağa çalışıb. Tərbiyyəsiz kommentlərin bir neçəsi xoşbəxtlikdən günlər sonra silinib.
Dəfələrlə xahiş etsəm də bu status silinməyib və Mahammedali Qaribli adlı profildə yazılanlara cavab haqqım pozulub, ertəsi gün səhifəyə tag imkanım qəsdən bloklanıb! Məcburiyyət qarşısında cavab yazılıb və saytda da yayımlanıb: - Mətbuatda mənə savaş açan "SATANA” – Sən fəlsəfi YOXLUQSAN
25-dən 26-na keçən gecə, saat 00:30-da "SƏHİFƏM VƏ HƏYATIMDA SANİTARLIQ EDƏN OS-a" başlıqlı növbəti təhqir və iftira dolu status yayılıb. M.Qəribli gecəboyu şəxsiyyətim əlehinə statuslara imkan verib, qızışdırıb, 40-a yaxın rəy yazdırıb ki, əksəri birinci statusundakı eyni adamlarla Osman Nərimanoğlunun ünvanına təhqir və yalanlar yağdırılıb.
Növbəti səhər məcburi cavab yazımı yaymışam: Ey MƏ! – Yalanlarınla MƏLƏMƏ! - Jurnalistdən Savadsız statusmenə 2-ci DƏRS
Bazar günü olduğundan, qalmaqalı alovlandıran M.Qəribli və "Bakı Xəbər" haqqında bilgilər əldə olunub - Bakı Xəbər"-in əməkdaşları TƏCİLİ toplandı - REDAKSİYADA "MIŞ" VAR ... sərlövhəli xəbər yayımlanıb, Aydın Quliyevin və həmin yazıya etikadan uzaq münasibətlər gəlib: Və: - "Bakı Xəbər"-dən ŞOK açıqlamalar - Statuslardan mənə nə?! ..
Məhəmmədəli Qəribli həmin günün axşamına yenə dincəlməyib. Ölkə əhəmiyyətli siyasi xəbərin linkini də mənə qarşı söyüşünə alət edib. Buna baxmayaraq, onu yenə barışığa səsləyərək yazmışam: " - ...Çox üzücü durumdur, amma yenə gec deyil, SƏSLƏNİRƏM - dostum, (SİFARİŞÇİM) hara gedirik belə, QARABAĞI ALMAĞAMI? - DAYAN QƏRİBLİ!..(RİCA) və tələb!". Və yazı: "Bakı Xəbər"-in linki - Merkelin şəkli bir də "dümbələk" /Naxoş status/
Gecəyə doğru həmkarlarımızdan bir neçəsinin cəhdi sayəsində barışıq barədə razılıq əldə olunub. Hər iki tərəf üzür ifadə edərək barışığa imza atacaqlarına söz verib. Bir günlük aradan sonra, ilk addım yenə Osman Nərimanoğlundan gəlib və üzürhaxlıq ifadə olunub: Jurnalist üzr tələbilə həmkarından ÜZR istədi - MƏTN!
Ardından, niyyəti sən demə başqa olan M. Qəribli üzür tələbini aşkar pozub, yazdığı mətndə üzür yox, aidiyyatı olmayan mülahizələr yazıb. Öz feysbuk profilində konkret adlarla rast gəlinən təhqirə görə məsuliyyət daşımadığını, üzr istəməyəcəyini bildirib. Heç öz adına da açıq üzür ifadə etməyib.
Nəhayət, mən yenə yazdım: - "Dəyərli Məhəmmədəli Qəribli! Mən hələ də səndən təhqirlərinə və barəmdə yazdığın yalanlarına görə və digər trollarının adından adbaad ÜZÜR GÖZLƏYİRƏM! Əks halda, barışdırıcı missiyasi olan dostlardan münasibət tələb edəcəm! Səninki virtual oyunbazlıqdısa, son dəfə rica edirəm - DUR!"
Təəssüf ki, qarşı tərəf öz qərəzli mövqeyində qalıb. Yenə üzr istəməyəcəyini bəyan edib.
Nəhayət, 30 avqustda məsələnin həllində və özümə qarşı Məhəmmədəli Qəriblinin fb profili üzərindən yağdırılan təhqirin durdurulması üçün ölkə başçısına müraciət etdim. İintihar edəcəyimi də yazdım. Osman Nərimanoğlu Prezidentə yazdı - "Özümə qəsd edəcəyəm, ya da.."
Son müraciətim Qəribli və tərəfdarları tərəfindən istehza ilə qarşılandı, bir neçə saat sonra uğursuz cəhdə imzamla, səhvimlə nəticələndi. Allahımdan bağışlanmaq diləyirəm.
Dəyərli dostlar! Qarşı tərəf üzür tələbimi özünə qarşı şantaj və təhdid hesab edərək günahını hələ də rədd edir, növbəti statuslar, barəmdə yalançı xəbərlər, sətiraltı ifadələr yayaraq özünü haqlı sayır. Bu ədaları ilə mərhum şou-biznes nümayəndəsi xanım İlhamə Quliyevanın qalmaqallarının mediada yeni prototipini formalaşdırır. Xahiş və tələb etsəm də Məhəmmədəli bu biabırçı şoumenliyində mənim adım ətrafında qurduğu əndazəli oyunlarını dayandırmır.
Yuxarıdakı xronoloji ardıcıllıq araşdırıldıqda, aydın olur ki, mən ancaq barəmdəki ittihamlara və təhqirlərə cavab ifadə etmişəm. Ən əsası, öz fb profilimdə Qəriblinin ünvanına kütləvi şəkildə mənfi rəylərin yazılmasında maraqlı və təşkilatçı olmamışam. Bu səviyyəsizliyə heç enəsi də deyiləm!
Reallıq budur ki, Qəribli məqsədli şəkildə dayanmadan ünvanıma yalanlar və təhqirlər yağdırıb, bu bəd niyyətini yeni mərhələlərlə davam etdirir. Mən, Osman Nərimanoğlu artıq bir neçə həftədir ki, tək imza ilə mübarizə aparıram. Çünki haqqam və tərəf müqabilimdən fərqli, kimsənin sifarişləri ilə, qərəzlə və şou maraqları ilə məşğul olmuram.
Dəyərli insanlar! Mənə qarşı sanki mediada döyüş səngəri qazılıb, amma zaman keçdikcə bunun təşkilatçısının təkcə bir qrafoman olmadığı görüntüsü yaranır. Bir mənə qarşı total hücumun mahiyyəti, yuxarıda sadaladığım səbəblərdən də dərin ola bilər. Hələlik, özünüz deyin, kim kimin hücumuna məruz qalıb? Adımın arxasında arxa cəbhə axtaranların bir imzaya qarşı "geniş cəbhə”si əslində kimlərə və nəyə xidmət edir? Məhəmmədəlinin ev alması üçün mənim adım və bostanımda reklamı, yoxsa artıq ortalığa çıxan tanınmış simaların qoluzorluluq maraqlarımı?
Osman Nərimanoğlu imzasını və adını həzm etməyənlərə son kəs səslənirəm: ”Gedin, topunuzu da, məkrli oyunlarınızı da başqa yerdə oynayın. Məhəmmədəli kimi düşüncə problemi yaşayan birini başa sala bilmədinizsə, bari ona qoşulub nə etdiyinizin fərqinə özünüz varın! Layklarınızı da, yandaşlığınızı da, katalizatorluğunuzu da sonlandırın. Artıq yetər, qrup halında üstümə gəlməyin. Qələminizlə cəmiyyətə bir faydanız yoxdursa, əlinizə silah götürün, belə cəsarətlə, kişilənərək gedin Dağlıq Qarabağa – əgər düşmən ovundasınızsa, əsl düşmənlərimiz ordadı...
Hamıya dərin rəğbətlə
Yalnız, Azərbaycan dövlətinə, prezidentinə, qanunlarına və qələminə güvənən "böyük hədəf” - Osman Nərimanoğlu
"Demokratik.Az” saytının rəhbəri"