"Ayna"dan baxış: "Məmurların sosial mediaya gəlişi tapşırıq yox, ünsiyyət olmalıdır..."

  • 10 sen 2019, 22:41

 "Ayna TV"-nin efirində Azərbaycan məmurlarının sosial şəbəkələrə kütləvi şəkildə gəlişi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.  

Tanınmış jurnalistlər Arif Əliyev, Elçin Şıxlı və telejurnalist Qulu Məhərrəmlinin əyləşdikləri dəyirmi masada bu dəfə də maraqlı və faydalı disskusiya alınıb.

Hər üç media nəhəngi məsələyə hərtərəfli aspektdən yanaşaraq, məmurların gec də olsa sosial şəbəkəyə yan almalarını müsbət tendensiya və zərurət adlandırıblar.

Elçin Şıxlı: "Sosial medianın bağlanmasını istəyən və "ora avaralar toplaşıb" deyənlər özləri də bura gəlirlər. Görünür, anlayırlar ki, ənənəvi mediada söylədiklərinə baxan və qulaq asan yoxdur..."

Qulu Məhərrəmli: " İnternet fərqli informasiya dünyası yaradıb. Sosial şəbəkə iştirakçısı oxucu, həm də informasiya daşıyıcısıdır. Məmurların bura gəlişi müsbətdir, amma, məqsədləri şəffaf olmalıdır..."

Arif Əliyev: " Qəribə haldayıq, bu axın bizdə yenilikdir, amma dünya üçün əslində gerilikdir... ABŞ prezidenti dünyaya tvitterlə "müdaxilə etdiyi" halda, bizimkilər hələ bu şəbəkəyə yeni gəlir..." 

Jurnalistlər statistik göstəriciləri və nəzəriyyələri də sadalayaraq sosial şəbəkənin inkişafında ümumi özəlliklərdən də danışıblar. İctimai idarəçilikdə sosial şəbəkənin rolunu yüksək dəyərləndiriblər.

"Demokratik.Az" saytı maraqlı videodisskusiyanı təqdim edir:  


Oxşar xəbərlər