Azərbaycan mediasının bərbad durumu "Ayna"da - Tanınmışlar gileylənir /VİDEO

  • 26 noy 2018, 23:57

Tanınmış jurnalistlər Elçin Şıxlının moderatorluğu ilə "Ayna"nın efirində Azərbaycan mediasının bugünkü durumunu müzakirə ediblər. Media ekspertləri, professor Qulu Məhərrəmli və Arif Əliyev media gücsüzlüyümüzü etiraf edərək mövcud durumun səbəblərini axtarıblar və tənqid ediblər.

"Biz müasirliyə doğru irəlilədikcə, mediamız nədənsə geriləyir. Əvvəllər sağlam jurnalistika mühiti vardı, əcnəbilər bizə həsəd aparırdı. Təəssüf ki, bir sıra ölkələr indi irəli, biz isə geri gedirik. Əgər küçədə və hardasa qəzet oxuyan görsəniz, deyin, onu qucaqlayaram"...- Elçin Şıxlı

"Necə olur ki, biz Azərbaycan iqtisadiyyatına zərər vuran adamları, səhv iqtisadi siyasət aparan şəxsləri tənqid edə bilirik, amma media siyasətini aparanları yox? Belə gülməli vəziyyət yaradıblar”... Niyə KİVDF ayrılan pulları yararsız və oxunmayan qəribə qəzetlərə ayırır? Elə qəzetlərin rəhbərləri də istedadsız, cümlə qura bilməyən mənasız adamlardır..." - Qulu Məhərrəmli;

"Biz bugünkü media ilə dünya qarşısına çıxa bilərik? Deyirlər ki, 1 milyon ver, saytları yaşadaq, milyonlar ayrılır ki, qəzeti saxlayaq... Biz bu bərbad durumun hesabını kimdən soruşaq?!.. Problemlərin hansı həll olunub?... - Arif Əliyev;

"Demokratik.Az" Ayna"-nın televisiyasında "Media Mühiti" mövzusunda yayımlanan verilişi diqqətinizə çatdırırıq:


Oxşar xəbərlər