"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR

  • 19 noy 2018, 14:42

"Abel Məhərrəmov vəzifəyə təyin olunanda da, çıxarılanda da "URA!?” - Qulu Məhərrəmli

"Abel Mendoza” çaxırının Abel Məhərrəmovla heç bir əlaqəsi yoxdur, həmin çaxır 1988-ci ildən meksikalı ər-arvadın adına buraxılır" - İqbal Ağazadə

"BDU-nun sabiq rektoru Abel Məhərrəmov fiqurunun əslində niyə laxladılması sualı ətrafında müzakirələr səngimək bilmir. Mühüm məqam kimi, İspaniyaya səfərdə baş verən rüsvayçılıqları və səhvləri tirajlansa da, Məhərrəmovun "vurulması"nda hələ ki, açılmayan başqa günahının olduğuna inananlar var. Sosial şəbəkələrdən tutmuş, bir sıra media təmsilçisi ən tutarlı əsasların hələ də səslənmədiyi qənaətindədir.

"Demokratik.Az"-ın məlumatına görə, məsələyə siyasi müstəvidən də fərqli baxış bucağı var. Bu barədə "Ümid"partiyasının sədri, İqbal Ağazadə maraqlı detallar səsləndirib. Partiya lideri açıqlamasında bildirib ki, Abel Məhərrəmovun sırf xaricə çaxır daşıdığına görə BDU-nun rektoru vəzifəsindən azad olunduğuna inanmır. Ümumiyyətlə, Məhərrəmovların İspaniyaya təyyarə ilə çaxır aparmasını, oradan da yenidən ölkəmizə gətirməsini belə qəbul etmir. İqbal Ağazadənin fikrincə, sabiq rektor görünür tamam başqa məsələlərə görə işdən azad edilib. 

AZİA.AZ saytına danışarkən tanınmış siyasətçi belə olaylar ətrafında insanlarda məmurlara qarşı xüsusi bir qəzəbə diqqət çəkib. SİTAT: "Xalq məmurlardan tamamilə narazıdır. Ona görə də məmurlar vəzifədən azad olunan kimi həm mediada, həm də sosial şəbəkələrdə insanların aqressiv münasibətini müşahidə edirik.." - deyə İ.Ağazadə bildirib.

Partiya sədrinin açıqlamasında ən sensasion məqam isə, "Abel Mendoza” çaxırının Abel Məhərrəmovla heç bir əlaqəsinin olmaması, həmin çaxırın 1988-ci ildən meksikalı ər-arvadın adına buraxılması iddiasıdır.

Tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmli ölkə mediasını ciddiliyə dəvət edən mesaj verib. O bildirib: "Abel Məhərrəmov vəzifəyə təyin olunanda da, çıxarılanda da "URA!?” /azia.az/

"Heç şübhəsiz ki, kiminsə vəzifədən çıxarılması, vəzifəyə təyin olunması həm də ictimai psixologiyanı əks etdirir. Abel Məhərrəmovla bağlı diqqətçəkən məqam odur ki, o, nə qədər ki, vəzifə daşıyırdı, başda Mətbuat Şurası olmaqla, media qurumları da BDU ilə əməkdaşlıq edirdi, orada tez-tez tədbirlər keçirilirdi və jurnalistlər də iştirak edirdilər. Ancaq vəzifədən çıxarılandan sonra baş verən bəzi məsələləri anlamaq olmur”.  

Q.Məhərrəmnli onu da əlavə edib ki, bəlkə də Abel müəllimin vəzifədən çıxarılması bir az qeyri-adi göründüyünə görə insanların emosialarını daha da çoşdurur: "Amma bütün hallarda sosial şəbəkələrdə hər şey görünür. Lakin media çox ölçülü-biçili olmkalıdır. Media baş verənlərlər bağlı qarşı tərəfin fikrini öyrənmir, əks tərəfin rəyi yoxdur. Media ümumiyyətlə bu haqda düşünmür. Burada da peşəkarlıq məsələsi ortaya çıxır. Təyin olunan da "URA”, çıxarılanda "URA!?”. Bu məsələ bir daha ortaya çıxartdı ki, mediada qeyri-peşəkarlıq çox ciddi problemə çevrilib. Qısası, sosial şəbəkələrin küyünə də getmək doğru deyil”.

 

Demokratik.Az


Oxşar xəbərlər