Xəbər lenti
Bütün xəbərlər

Abel Məhərrəmov "TRT Avaz"a müsahibə verib

  • 01 dek 2015, 21:57

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Türkiyənin "TRT Avaz” kanalına müsahibə verib.

BDU-nun mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, rektor müsahibəsində Bakı Dövlət Universiteti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) işbirliyindən, Türkiyə universitetləri ilə əlaqələrdən danışıb.

Rektorun sözlərindən məlum olub ki, bu ilin əvvəlində jurnalistika fakültəsinin tələbə qəbulunda müvəffəqiyyət əldə edərək uğurlu nəticə göstərmiş 10 tələbəsi, avqust ayında isə bir qrup müəllimi Türkiyəyə səfər edib, media qurumları və universitetlərdə olublar.

Adıçəkilən universitetlərin iletişim fakültələrinin rəhbərləri və müəllimlərlə keçirilən görüşlərdə tədris proqramları, fənnin tədris metodikası müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri təhlil edilib. Rektor, eyni zamanda, Bakı Dövlət Universiteti və TİKA-nın anlaşmasına əsasən jurnalistika fakültəsinin Tədris-televiziya və radio studiyasının yenidən qurulmasından da söz açıb. Akademik Abel Məhərrəmov müsahibənin sonunda reallaşdırılan layihələrin əhəmiyyətini qeyd edərək, bütün bunların jurnalistika fakültəsində aparılacaq islahatlara müsbət təsir göstərəcəyini qeyd edib və TİKA-ya təşəkkürünü bildirib.

Demokratik.Az

Oxşar xəbərlər