BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

  • 18 noy 2018, 17:23

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb. Ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.

Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir. /yenicag.az/

Oxşar xəbərlər