Yardımlı kişilərini təhqir edən JURNALİST ÜZR istədi - SƏSYAZI

  • 27 dek 2021, 22:00
Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri, eyni zamanda "Yardımlının səsi" qəzetinin baş redaktoru Elman Eldaroğlu Yardımlıları təhqir etdiyi üçün ÜZR istəyib. Eldaroğlu təhqirə yol verən zaman içkili olduğunu, Yardımlıda bir neçə şəxsə əsəbləşdiyini deyərək özünə bəraət qazandırmağa çalışıb.
Ehtimal etmək olur ki, o, təhqirə görə Yardımlılardan üzr istəyərkən də sərxoş olub.
Demokratik.Az jurnalist Elman Eldaroğlunun yaxın saatlarda votsap üzərindən yayılan ÜZRHAXLIQ səsyazısını təqdim edir:

Xatırladaq ki, jurnalist Elman Eldaroğlu "Mən Yardımlılı olduğumdan özümə, ata-anama və nəslimə nifrət edirəm. Nə gündəsiz ay millət, Yardımlıda kişi yoxdur. Əgər varsa, gəlib mənimlə təkbətək görüşsün. Mən orda bir kişi görmədim..."- deyə xoşagəlməz fikir söyləmişdi...
Demokratik.Az
Oxşar xəbərlər