Yardımlıya ayrılan büdcə pulları necə şəffaf xərclənir ki ? - İTTİHAM

  • 12 sen 2021, 15:58
Yardımlı sakinlərinin müraciəti əsasında Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərova və ona yaxın məmurlara qarşı yerli elektron media orqanlarında korrpusiya ittihamları səsləndirilib.
Demokratik.Az-a daxil olan eyniməzmunlu vətəndaş müraciətində bildirilir ki, 2021-ci il üçün Yardımlı rayonunda abadlıq-quruculuq işlərinin görülməsi məqsədilə büdcədən ayrılan maddi vəsaitlər nədənsə yoxa çıxır, vəsait sənədləşmələr üzərində xərclənsə də rayonda görülən işlərin həcmi o qədər də nəzərə çarpmır.

İddialara görə, rayon yollarının təmirinə və digər mühüm infrastruktur layihələrə ayrılan büdcə pulları icra başçısı və müavinlərinin şəxsi vəsaitinə cevrilir. Bildirilir ki, icra başçısının yaxın adamları birincinin istəyilə bunu dolayısıyla özünə məxsus olan müəsissələr vasitəsilə həyata keçirir, 2021-ci ilin büdcəsində Yardımlı rayon İcra Hakimiyyətinin hesabına ayrılan vəsaitləri "otkat tender" əməliyyatları ilə ələ keçirir.

Kifayət qədər ciddi ittihamların yer aldığı vətəndaş müraciətində maliyyə və iqtisadiyyat nazirliklərindən kömək istənilir, şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin hesabında olan Abadlıq pulu vəsaitlərinin havaya sovrulmasında da saxda tenderlərə diqqət çəkilir. 2021-ci il üçün Yardımlıya ayrılan vəsaitlərin hansı hesaba və niyə köçürüldüyünə dair yoxlama aparılması arzu edilir. 

Sözügedən müraciətdə sual edilir ki, iki saxda tender Yardımlı Rayon İcra Hakimiyyətinin və Şəhər Ərazi  Nümayəndəliyinin hesabında olan abadlıq, yolların əsaslə təmiri adı ilə həyata keçirilib və pullar hardadırsa Yardımlı rayonunun yollarında niyə görünmür?

Yayılan məlumatlarda Yardımlı Təhsil Şöbəsinin müdiri Manaf Səmədovun da adı çəkilib. Bildirilib ki, Yardımlı rayon İcra Hakimiyyəti Başçısı və Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədov Heydər Əliyev prospektində yerləşən, əvvələr Yardımlı Poçtu kimi fəaliyyət göstərən binanın özələşdirilməsi eşqinə düşüblər. İddiadan anlaşılır ki, bu özələşdirmə adıçəkilənlər üçün xüsusi önəm daşıyır və Təhsil Naziri Emin Əmrullayev Yardımlı rayon Təhsilini bərbad vəziyətə salan Təhsil müdüri Manaf Səmədovdan soruşmalıdır ki, bu poçt binasını niyə özələşdirmək istəyir.
"Bilirsiniz ki, Manaf Səmədov Milli Məclisin Spikerin müavini Fəzail İbrahimlinin, Təhsil Nazirliyində çalışan Fərzəli Qədirovun qohumudur və onların sahəsində Yardımlı rayon Təhsil Şöbəsini talan edir. İndi də onlara arxayın olub binaların özələşdirilməsi işinə başlayıb. Biz burdan Maliyyə Nazirliyindən, İqtisadiyyat Nazirliyindən və Təhsil Nazirliyindən xahiş edirik ki, çıxıb Yardımlı rayonunda baş verən bu yeyintilərlə bağlı açıqlama versinər. Axı Yardımlı rayonu niyə bu qədər baxımsızdır, niyə bu qədər maraqlı deyil bu nazirliklər üçün ki, bu qədər yeyintiyə göz yumulur. Yardımlı rayonunda? 2005-ci ildən bu günə kimi talan olunan büdcə bir dəfə də olsun araşdırlmayıb ki, pular niyə yoxdur? Niyə pullar Yardımlıda icra başçısına yaxın müəsələrinin qurbanına cevrilib" - deyə Yardımlıdan şikayətçilər yazır.

İnanırıq ki tez bir zamanda bu sadalanan prablemlərlə bağlı bir tədbir görüləcəkdir. Çünki, yazılanlardan xəbərdar olan Yardımlı icra hakimiyyəti və adıçəkilən məmurlardan səs çıxmır. 

İddia edilən saxta tenderləri də təqdim edirik:
1. Yardımlı Rayon İcra Hakimiyyəti - Yolların təmiri işlərinin satın alınması 22.07.2021
2.YARDIMLI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ YARDIMLI ŞƏHƏR ƏRAZİ NÜMAYƏNDƏLİYİ - Abadlaşdırma işlərinin satın alınması 16.08.2021
https://etender.gov.az/procurement-plan/5561
Bu saytda görünənlərin yalnız tender sənədləri üzərində olduğu, realda Yardımlıda öz əyani əksini tapmadığı iddiası çox ciddi araşdırılmalıdır. 
Demokratik.Az
Oxşar xəbərlər