Demokratik TV
Xəbər lenti
Peyvənd vurdurmayan müğənni toy apara bilməz - DİN
- 02 iyul 2021, 14:41
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Onlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır. Bəs görəsən, Covid-19 pasportu olmayan müğənni toy apara bilər?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-ın sorğusunu cavablandırıb. O bildirib ki, peyvənd etdirməyən müğənni toy apara bilməz:
"Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin ötən gün keçirdiyi monitorinqlərin nəticələri göstərir ki, qayda pozuntusu müşahidə olmadı. Toyda olan müğənnilərin vaksindən keçməməsi müşahidə edilməyib. Neqativ hal aşkarlanmayıb. Bu göstərir ki, müğənnilərin əksəriyyəti vaksindən keçib. Amma Covid-19 pasportu olmayan müğənninin toy aparmasına icazə yoxdur.
İstər qapalı, istər açıq məkanlarda, istərsə də 50-150 nəfərə qədər şəxsin olduğu toy keçirilən məkanlarda xidmət personalı, işçi heyətindən tam vaksinasiya, ya da avqustun 1-nə kimi ilk dozanın vurulması tələb edilir. Bu qaydaların qorunması ilə bağlı aidiyyatı qurumlar birgə nəzarət tədbirləri həyata keçirir".

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Göygöl rayonunda RƏZALƏT! İcra başçısı telefonla "peyvənd statistikası" yığdırır
Azərbaycanda COVID pasportunun necə əldə olunacağı açıqlanıb
Restoranlarda bir neçə toy məclisi keçirilib - Polis araşdırır
Azərbaycanda sərt karantin gəlir - Əhaliyə MÜRACİƏT
Çin koronavirusa qarşı peyvəndini uğurla sınaqdan keçirdi
SMS icazə və sərt karantin tətbiqi olacaqmı? - Açıqlama
Azərbaycana koronavirus peyvəndi gətiriləcək - saziş imzalandı
"COVID-19 infeksiyası yenidən arta bilər" - ÜST rəsmisi
Gələn həftədən karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA
“Bu əziyyətin qarşılığı polisə zibil atmaq olmamalıydı” - ETİRAZ
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti