Demokratik TV
Xəbər lenti
SMS icazə və sərt karantin tətbiqi olacaqmı? - Açıqlama
- 14 mart 2021, 21:23
"Azərbaycanda risk qrupuna daxil olan insanların böyük əksəriyyətinə peyvənd vurulub və proses artıq yekunlaşmaq üzrədir".
Bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.
O bildirib ki, ölkədə risk qrupundan sonra digər kateqoriyanın peyvəndlənmə prosesinə davam ediləcək:
"Hesab edirəm ki, Azərbaycanda peyvəndlənmə prosesi ləng gedir. Yaxın vaxtlarda bu prosesin daha da sürətlənəcəyinə inanıram. Virusdan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. Risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi bitdikdən sonra, yəqin ki, digər qrupa daxil olan insanlara peyvənd vurulacaq. Hazırda isə peyvənd vurulan şəxslərin sayı çox olmadığı üçün bu, yoluxma sayına o qədər ciddi təsir etmir".
Həkim onu da qeyd edib ki, qarşıdakı günlərdə yoluxma sayı kəskin artarsa, tam qapanmaya gedilə bilər:
"Düşünmürəm ki, üçüncü dalğa ikinci kimi sərt olacaq. Bundan sonrakı məhdudiyyətlərin tətbiqi yoluxma sayının artımından asılı olacaq. Məncə, yoluxma sayı artarsa, SMS icazə sistemi və tam qapanma tətbiq edilə bilər. Rəqəmlərdə artım olmasının səbəbi ictimai nəqliyyatda, kafe-restoran və digər qapalı iaşə obyektlərində virusun yayılması üçün münbit şəraitin olmasıdır.(milli.az)

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanda koronavirus kabusu: İkinci dalğa başlayıb?
“Yoluxmaların artması gözlənilən idi” - Baş həkim
Koronavirusa yoluxanların sürətlə artdığı ölkələrin SİYAHISI
Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər – RƏSMİ
TƏBİB-dən açıqlama: “Yumşalma olacaq”
Dünyada koronavirusdan ölənlər 50 mini, yoluxanlar 1 milyonu keçdi
Qriplə bağlı rəsmi AÇIQLAMA
Yoluxma sayı azalır, karantin qaydaları yumşaldıacaqmı?
Vaksinasiya başladı - koronavirusun üçüncü dalğası gəlir
Qorxulu koronaproqnoz - "Payızda ölüm çoxala bilər"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti