Çin koronavirusa qarşı peyvəndini uğurla sınaqdan keçirdi

  • 29 iyun 2020, 17:30
Çində COVİD-19-a qarşı hazırlanan peyvənd insanlar üzərində uğurla sınaqdan keçirilib.
“China National Biotec Group” şirkəti tərəfindən hazırlanan iki müxtəlif növ peyvəndin müsbət nəticələri olub.
Məlumata görə, şirkətin Pekin filialında hazırlanan peyvənd 1120 insanın üzərində sınaqdan keçirilib. Sınaq bütün insanların hamısında uğurla nəticələnib.
Şirkətin Uhan filialında da peyvənd sınaqlarının uğurla nəticələndiyi vurğulanıb.
Oxşar xəbərlər