Demokratik TV
Xəbər lenti
ÜST koronavirusa qarşı 4 dərmanın testlərinə başlayır
- 27 mart 2020, 22:42
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı 4 dərmanın testlərinə başlayır
Bütün dünya müsbət nəticə gözləyir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qerbeyesus Cenevrədə keçirdiyi brifinqdə yaxın vaxtlarda Norveç və İspaniyada könüllülər üzərində dörd COVID-19 koronavirus dərmanının sınaqlarının başlayacağını söyləyib
O, ÜST-ün xüsusi proqramı əsasında aparılacaq bu sınaqlarla bağlı "Bu gün Norveçdə və İspaniyada dörd dərman və ya COVID-19-a qarşı dərman birləşmələrinin təhlükəsizliyini və effektivliyini müqayisə edəcək "həmrəylik testləri" proqramına ilk xəstələrin yazıldığını məmnunluqla elan edirik" deyib.
Onun sözlərinə görə, bu testlər bu və ya digər dərmanın effektivliyinə dair ciddi sübutları yoxlamağa kömək edəcək.
Həmrəylik Testləri proqramı ÜST tərəfindən 18 Martda dünyada COVID-19 üçün müxtəlif müalicə növləri haqqında məlumat mübadiləsi məqsədilə başlanıb. Bu, virusa qarşı müxtəlif dərmanların sınaqdan keçirilməsini və ən təsirli dərmanların müəyyən edilməsini əhatə edir. Argentina, Bəhreyn, Kanada, Fransa, İran, Norveç, Cənubi Afrika, İspaniya, İsveçrə və Tailand artıq müxtəlif müalicə metodlarının sınaqları haqqında məlumat mübadiləsinə qoşulub. Hazırda proqramda 45 ölkə iştirak edir. \\Ens.az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Adil Qeybulla ÜST-ə məktub yazdı: Koronanın dərmanı budur
Tramp koronavirusa qarşı iki dərmanın adını çəkdi
Nyu Yorkda koronavirusa yoluxanların sayı artdı - FOTO
Koronavirusunun müalicəsində süni nəfəs aparatlarına ehtiyac yoxdur
ÜST-dən koronavirus etirafı - ÇOX GECDİR
XİN vətəndaşlara müraciət edib
Azərbaycandan üç ölkəyə uçuşlar dayandırıldı
Gəncədə şəkərli xəstələrə verilən pulsuz insulin norması niyə azaldılıb?
Koronavirusa qarşı peyvənd hazırlanıb
Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti