Adil Qeybulla ÜST-ə məktub yazdı: Koronanın dərmanı budur

  • 24 mart 2020, 11:16
Malyariya əleyhinə tətbiq olunan dərman preparatları koronavirusu məhv edir.
Demokratik.Az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla Fransada koronavirusa qarşı dərmanın uğurla sınaqdan keçməsi ilə bağlı məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, bir antibiotik və bir antimalyariya preparatı qəbul etdikdə koronavirus tamamilə ölür:
“Bir zamanlar Hindistanda malyariya xəstəliyi geniş yayılanda onun dərmanları vardı. Həmin dərmanları xüsusi mayelərə qatırdılar ki, əhali onu içsin və malyariyaya yoluxmasın. Vəziyyət o dərəcədə ciddiydi. Həmin o malyariya xəstəliyinə qarşı işlədilən dərmanların belə vəziyyətlərdə effekt verdiyi müəyyən edilib. İlk dəfə bunu Cənubi Koreyada yoxladılar və sınaqdan keçirdilər ki, “hidroki-xlorakin” dərmanı koronavirusa qarşı effekt verir. Hətta ABŞ Prezidenti də öz çıxışında dedi ki, koronavirusun müalicəsində bir antibiotik və bir antimalyariya dərmanları – “hidroksi-xlorakin” və “azitromisin” bir yerdə qəbul etdikdə həm koronavirusu məhv edir, həm də xəstəni ağırlaşdırıcı vəziyyətdən çıxarır. Bu malyariya əleyhinə tətbiq olunan dərman preparatıdır”.
Adil Qeybulla virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatına təkliflərini göndərdiyini bildirib:
“Virusun istiliyə davamlılığının insan orqanizmində az olduğuna əsaslanaraq, Ümumdünya Səhiyyə Təşkilatına yazmışam. Aprel ayının sonlarında virus ölməyə doğru gedəcək”.
Qeyd edək ki, Fransada malyariyanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsində uğurla sınaqdan keçib.
Oxşar xəbərlər