SOS! Gəncədə dializ xəstələri koronavirusa yoluxa bilər - ŞİKAYƏT

  • 14 iyun 2020, 12:52
Facebook sosial şəbəkəsində "Vüqar Sadə" adlı profil istifadəçisi Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxanasının dializ şöbəsindən ictimaiyyətə açıq müraciət edərək xəstəxanadakı özbaşınalıqlardan danışıb.
Demokratik.Az-ın məlumatına görə, şikayətçi Gəncə Səhiyyəsinin müdiri Nazim Əhmədovu və şöbə müdirini ittiham edərək, müalicə olunduqları 20 nəfərlik zallarda koronaviruslu xəstələrin də yerləşdirldiyini, qızdırma və öskürəkləri olanların da digərlərilə birlikdə dializ edildiyini qeyd edir.
Dializ xəstəsi özünün və digər 250 xəstənin koronavirusdan qorunması üçün təcili tədbirlər görülməsini, risk daşıyan xəstələrin nəzarətə alınmalarını, mövcud özbaşınalıqların durdurulmasını tələb edir.
Xatırladaq ki, həftəsonları Gəncə şəhərində ciddi karantin rejiminin tətbiqi həyata keçirilir. Bu da məhz kütləvi yoluxma halları ilə əlaqədardır. Adıçəkilən xəstəxananın tibb işçilərinin koronavirusa yoluxma statistikası isə bütün ölkə üzrə xəstəxanaları qabaqlayıb. Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxanada 24 tibb işçisinin koronavirusa yoluxduğu, bu səbəbdən xəstəxananın bir sıra şöbələrinin işləmədiyi iddia edilir.

Oxşar xəbərlər