Demokratik TV
Xəbər lenti
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı
- 24 mart 2020, 18:01
Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir.
Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2 126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.
Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.
Buna görə də infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanda daha 2 nəfər koronavirusa yoluxub
Azərbaycanda 312 nəfər karantindən buraxıldı
Azərbaycanda daha 2 şəxsdə koronavirus aşkarlanıb
Nazirlər Kabineti yeni qərar verdi - Tədris aprelin 20-dək ərtələndi
DİN karantindən qaçan həkim haqda MƏLUMAT YAYDI
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
Cənubi Koreyada koronavirusa yoluxanların sayı kəskin artdı
Gözlənilməz qərar! Ölkədə Novruz şənlikləri ləğv edildi
Qərargahdan karantində olan şəxslərin sayı ilə bağlı - Açıqlama
Azərbaycanda neçə koronavirus xəstəsi var? – Açıqlama
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti