Biləsuvarda 10 otaqlı ev yanıb

  • 24 dek 2018, 08:25

Biləsuvarda yanğın qeydə alınıb.

Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Bəydili kəndində ümumi sahəsi 480 m² olan ikimərtəbəli 10 otaqlı evin birinci mərtəbəsində 2 otağın döşəməsi 60 m² sahədə və tavanı 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər