Biləsuvarda ev yanıb

  • 14 mart 2017, 09:45
Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

Demokratik.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Nəsimi kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


 

Demokratik.Az

Oxşar xəbərlər