Bakıda üçotaqlı ev yanıb

  • 31 dek 2015, 21:18

 

Paytaxtda 3 otaqlı evdə yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Sabunçu rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 120 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar xəbərlər