Bakıda ev və gözətçi otağı yanıb

  • 18 dek 2016, 09:38

 

Bakıda ötən axşam iki yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının döşəməsi 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Nəsimi rayonunda ümumi sahəsi 9 m2 olan gözətçi otağının yanar konstruksiyaları və içərisində 1 ədəd çarpayı yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.   

Oxşar xəbərlər