Bakıda çay evi yanıb

  • 05 avq 2018, 11:18

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumatına görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 640 m² olan tikilinin (çay evi kimi fəaliyyət göstərir) ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 300 m² olan evin 3 ədəd plastik pəncərə çərçivəsi əriyib.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər