"Azərişıq" Qızıldaş qəsəbəsində sahibkarın başına oyun açır - VİDEOMÜRACİƏT

  • 27 noy 2021, 23:29
Azərişıq" ASC-nin Qaradağ rayon Elektrik şəbəkəsi və təchizatı idarəsi Qızıldaş qəsəbəsində bazar sahibinin elektrik enerjisinə olan tələbatını ödəmək istəyini birokratik yollarla əngələ çevirib.
Demokratik.Az/TV-nin məlumatına görə, bu barədə sahibkar İlham Hüseynovun özü bildirib.

Şikayətçi sahibkarın dediklərindən bəlli olur ki, bazarın elektrik təchizatı ilə əlaqədar ondan dövlət rüsumu alınsa, sayğacın qutusu qoyulsa da qurum digər öhdəliklərini yerinə yetirmir. Süründürməçiliyə səbəb isə sahibkarın özü üçün də qaranlıqdır. Sahibkar qarşılaşdığı haqsız durumdan qurtuluş yolu kimi, ölkə başçısından və aidiyyatı qurumlardan ona köməklik göstərilməsini xahiş edir.

Məlumat üçün onu da bildirək ki, sözügedən bazarda "Azərişıq" ASC tərəfindən süni problemlər yaradılsa da, ərazidə olan bütün tikililər elektrik enerjisi ilə təmin edilib. Hətta, enerji təchizatçısı bazar sahibinin mülkiyyət hüququnu pozmaqla, icazəsiz halda bazarın ərazisində dirəklər basdıraraq müxtəlif ünvanlara elektrik xətti çəkib.
Demokratik.Az sahibkarın videomüraciətini təqdim edir:

Oxşar xəbərlər