"Mançester Siti" cərimələndi

  • 03 mar 2018, 20:08

İngiltərə Futbol Assosiasiyası "Mançester Siti”ni cərimələyib.

Qol.az-ın "The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb "şəhərlilər”in futbolçularının "Uiqan”la kubok oyununda baş hakim Entoni Teylorun qərarlarına sərt reaksiya vermələri olub. Nəticədə klub 50 min funt-sterlinq məbləğində cərimələnib.

Qeyd edək ki, "Mançester Siti”nin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnən matçda Mançester təmsilçisinin yarımmüdafiəçisi Fabian Delf qırmızı vərəqə ilə cəzalandırılmışdı.

Oxşar xəbərlər