Avropanın ən çox qazanan məşqçiləri

  • 25 dek 2016, 13:25
Fransanın "L’Equipe” qəzeti Avropanın ən çox gəlir əldə edən məşqçilərinin yeni reytinqini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, siyahıya "Barselona”nın çalışdırıcısı Luis Enrike rəhbərlik edir. Onun aylıq gəliri vergiləri çıxandan sonra 1,56 milyon avro təşkil edir. İkinci yeri Xosep Qvardiola ("Mançester Siti”, 1, 48 milyon avro), üçüncü yeri Joze Mourinyo ("Mançester Yunayted”, 1,36 milyon avro)

Ümumilikdə, siyahıda ilk 12-lik aşağıdakı kimidir:

 
1. Luis Enrike ("Barselona”) - 1,56 milyon avro

2.  Xosep Qvardiola ("Mançester Siti”) -1, 48 milyon avro

3.  Joze Mourinyo ("Mançester Yunayted”) - 1.36 milyon avro

4. Karlo Ançelotti ("Bavariya”) – 1 milyon avro

5. Arsen Venger ("Arsenal”) – 820 min avro

6. Dieqo Simeone ("Atletiko”) – 770 min avro

7. Yurgen Klopp ("Liverpul”) – 692 min avro

8. Antonio Konte ("Çelsi”) – 641 min avro

9. Zinəddin Zidan ("Real”) – 449 min avro

10. Unai Emeri (PSJ) – 420 min avro

11. Massimiliano Alleqri ("Yuventus”) – 415 min avro

12. Tomas Tuhel ("Borussiya”, Dortmund) – 340 min avro
Oxşar xəbərlər