"Arsenal"dan Sançesə yeni müqavilə

  • 11 avq 2017, 13:00

"Arsenal" futbolçusu Aleksis Sançeslə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, çilili hücumçu London klubunun yeni təklifini qəbul edəcəyi təqdirdə, həftəsinə 300 min funt sterlinq qazanacaq. "Arsenal" bununla da "Mançester Siti" və PSJ-nin maraqlandığı 28 yaşlı oyunçunu komandada saxlamaq istəyir.

Qeyd edək ki, ASançes budnan əvvəl həftəsinə 225 min funt sterlinq qazanacağı təklifi müsbət cavablandırmayıb.

Oxşar xəbərlər