Xəbər lenti
Bütün xəbərlər

Avropa Super Liqası yaradılır

  • 02 mar 2016, 19:54
Çempionlar Liqasına (ÇL) alternativ liqa yarana bilər.

Bu təkliflə İngiltərə nəhəngləri çıxış ediblər.

Belə ki, 5 iddialı klub – "Mançester Yunayted”, "Arsenal”, "Çelsi”, "Liverpul” və "Mançester Siti” Çempionlar Liqasına vəsiqə qazanmadıqları illərdə yüksək məbləğdə gəlirdən məhrum olurlar ki, bu da onları ziyana salır. Həmin klubların rəhbərləri Avropa Super Liqası adı altında yeni liqa yaratmaq və daim orda iştirak edərək, hər il qazanc götürmək niyyətindədilər.

Amerikalı milyarder Stefen Rossun başçılığı ilə bununla bağlı toplantı da keçirilib. Həmin iclasda "Mançester Yunayted”in vitse-prezidenti Ed Vudvard, "Çelsi” prezidenti Bryus Buk, "Arsenal”ın İdarə Heyətinin sədri İvan Qazidis, "Mançester Siti” idarə heyətinin sədri Ferran Soriano və "Liverpul”da eyni vəzifəni daşıyan Yan Ayre iştirak ediblər.

Rəhbərlər Çempionlar Liqasına vəsiqə qazanmadıqları mövsümlərdə milyonlarla pul itirmələrindən şikayətləniblər. Bu üzdən ÇL-dən imtina edib, hər il Avropa Super Liqası turnirində iştirak etmək təklifini müzakirə ediblər. Avropa nəhənglərinin də qatılacağı həmin turnirdə "Mançester Yunayted”, "Arsenal”, "Çelsi”, "Liverpul” və "Mançester Siti” hər il iştirak edəcək və böyük məbləğdə pul əldə edəcəklər. Bu komandalar hətta daxili birincilikdə uğursuz mövsüm keçirsələr belə, Avropa Super Liqasına qatılacaqlar.

MLS liqasında çıxış edən "Mayami Dolfins” klubunun sahibi və Avropa Super Liqasının təşəbbüskarı Stefen Ross bu turnirin qısa müddətdə təşkili üçün rəsmi anlaşmanın imzalanmasına çalışdıqlarını deyib. Rossun ingilis klublarına daha yüksək məbləğdə pul boyun olduğu qeyd edilib.

apasport.az
Oxşar xəbərlər