Demokratik TV
Xəbər lenti
"Qızıl əlcək"dən məhrum oldu
- 18 may 2016, 21:04
Petr Çex "Mançester Yunayted"in qapıçısı David De Xeanı bir oyun qabaqlayıb.
Son saniyələrdə buraxılan avtoqol İspaniya yığmasının və "Mançester Yunayted” klubunun qapıçısı De Xeanı "qızıl əlcək"dən məhrum edib.
"Arsenal" klubunun qapıçısı Petr Çex karyerasında 4-cü dəfə futbol üzrə İngiltərə Premyer Liqasında "qızıl əlcəy"ə sahib çıxıb.
Petr Çex "Mançester Yunayted"in qapıçısı David De Xeanı bir oyun qabaqlayıb. 34 yaşlı qapıçı cari mövsümü 16 "quru oyun" ilə bitirib. O, 34 oyunda 31 qol buraxıb. Bu nəticə ilə Petr Çex bundan əvvəl "Çelsi"nin heyətində 3 dəfə (2005, 2010 və 2014) "qızıl əlcək" qazanıb.
Ötən gün "Mançester Yunayted” İngiltərə çempionatının sonuncu turunda "Bornmut” ilə qarşılaşıb. Matçda "Qırmızı Şeytanlar”ın kapitanı Ueyn Runi komandanın heyətində yubiley 100-cü qolu vurub. Qarşılaşmada qonaqlar məğlub olub, lakin ev sahibinin qapıçılarını "qızıl əlcəksiz” qoyub. Smolinqin qarşılaşmanın 93-cü dəqiqəsində vurduğu avtoqol olmasaydı "qızıl əlcək" De Xeanın olacaqdı.
anspress

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti