AB çağrış etdi: "Suriyada müharibə dayansın!"

  • 29 mart 2020, 14:43
Avropa Birliyi (AB) Suriyada koronavirus pandemiyasını nəzərə alaraq dərhal atəşkəsin təmin edilməsi ilə bağlı çağırış edib.
Avropa Birliyinin (AB) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell İdlibdə mövcud atəşkəsin müvəqqəti xarakter daşıdığını deyib.
“İdlibdəki atəşkəs rejimi qorunmalı və bütün ölkədə tətbiq olunmalıdır. Koronavirusun yayılması səbəbi ilə ölkədəki qarşıdurmanın sona çatması da zəruridir. Eyni zamanda, Suriyada həbsdə olan çoxlu sayda insanlar da azad edilməlidir”, - AB rəsmisi bildirib.
Oxşar xəbərlər