Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » Ərdoğan: "Suriya ilə sərhədi təhlükəsizlik zolağına çevirəcəyik"
Ərdoğan: "Suriya ilə sərhədi təhlükəsizlik zolağına çevirəcəyik"
- 11 mart 2020, 18:14
“Türkiyənin Suriya ilə sərhədinin başqa hissələrini də təhlükəsizlik zolağına çevirməyə davam edəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkiaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bildirib.“Suriya ilə 911 km-lik sərhədimizin hər qarışını həm terror qruplaşmalarından, həm də məzhəbçi rejim qüvvələrindən (Bəşşar Əsədə aid qüvvələri nəzərdə tutur - red.) qorumaqda israrlıyıq. Cerablusda, Afrində, Tel Abyadda və Rəsulaynda etdiklərimizi İdlibdə də həyata keçirəcəyik. Sərhəd xəttimizin başqa hissələrini də bu təhlükəsizlik zolağına daxil edəcəyik”, - o vurğulayıb.
Ərdoğan deyib ki, Suriyanın İdlib bölgəsində ara-sıra atəşkəsin pozulması halları qeydə alınır: “Bəşşar Əsəd rejimi və onunla birlkdə olan məzhəbçi silahlıların atəşkəsə nə qədər əməl edəcəkləri məlum deyil. Biz verdiyimiz sözə əməl edirik. Ancaq qarşımızdakılar vədlərinə əməl etməzlərsə, əvvəlkindən daha ağır şəkildə üzərlərinə getməkdən çəkinməyəcəyik”.
Xatırladaq ki, martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında İdlibdə atəşkəs elan edilməsi ilə bağlı razılıq əldə olunub.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ərdoğan Əsədi dövlət terrorçusu adlandırdı
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Ərdoğan: "Afrində əməliyyat əməli olaraq başlayıb"
Suriya müəmması: Ərdoğan Əsədi bağışlayacaqmı?
“ƏSƏDİ DAYANDIRIN” – Ərdoğandan dünyaya çağırış
ABŞ-dan PKK-ya açıq dəstək – “Onlara kömək edəcəyik...”
PKK-nın da sonu ASALA kimi olacaq - Ərdoğan
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ərdoğan: Afrin şəhəri tam nəzarətə götürülüb
Suriya ordusu İdlibdə terrorçulara zərbələr endirdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti