Putinlə Ərdoğan görüşü atəşkəs gətirdi - bu gecə...

  • 05 mart 2020, 22:37
Bu gecədən etibarən atəşkəs qüvvəyə minir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra açıqlamasında deyib.
"Təxminən 6 saatlıq görüş oldu. Suriyada, o cümlədən İdlibdəki prosesləri danışdıq. Fikir ayrılıqları olan məsələləri detallı şəkildə müzakirə etdik. Bu gecədən etibarən atəşkəs qüvvəyə minir. Atəşkəsin daimi olması üçün lazımi işlər sürətlə davam etdiriləcək. Türkiyə təhdidlər qarşısında əli-qolu bağlı qalmaz. İdlibdəki razılaşmanın pozulmasına səbəb Əsəd rejiminin hücumlarıdır. Rejimin hər hücumlarına qarşılıq veriləcək", - deyə Ərdoğan bildirib.
Oxşar xəbərlər