“ƏSƏDİ DAYANDIRIN” – Ərdoğandan dünyaya çağırış

  • 12 sen 2018, 08:08

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "The Wall Street Journal” qəzeti üçün yazdığı köşədə dünyanı Suriya prezidenti Bəşər Əsədi dayandırmağa çağırıb.

Oxu.Az xəbər verir ki, Türkiyə lideri Suriya ordusunun İdlibə doğru irəliləməsinin humanitar və geosiyasi fəlakətə səbəb olacağını bildirib.

Ərdoğan qeyd edib ki, İŞİD-in güclənməsi Suriyada mövcud durumun səbəbi deyil, təzahürüdür.

Türkiyə prezidentinin fikrincə, bölgədə zorakılığın yayılmasının qarşısı beynəlxalq qüvvələrin köməyi ilə alınmalıdır. Əks halda bu, yeni terror ocaqlarının yaranmasına səbəb olacaq.

Ərdoğan həmçinin bildirib ki, hələ də İdlibdə terror qruplaşmaları var və onları yalnız beynəlxalq antiterror əməliyyatla məhv etmək olar. Türkiyə lideri Bəşər Əsədi İdlibdə terrorçuluqla deyil, müxalif siyasi qüvvələrlə mübarizə arapmaq məqsədi güdməkdə ittiham edib. Onun fikrincə, buna görə də Suriya rejimi Türkiyə, Avropa və digər bölgələr üçün təhlükə mənbəyidir.

Oxşar xəbərlər