ƏHƏD ABIYEV KƏRƏM HƏSƏNOVU "VURDU"

  • 16 sen 2017, 08:58
Dünən mətbuatda "Oliqarxlar arasında ZAVOD QOVĞASI - ” adlı yazı gedib.
 
Demokratik.Az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a danışan Daşkəsənin icra başçısı Əhəd Abıyev deyib ki, həqiqətən də zavod ətrafında qovğa var: "Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.
 
Zavodda məmurların maraqlarının olması ilə bağlı Ə.Abıyev bunları deyib: "Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm . Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”.
 
Demokratik.Az
Oxşar xəbərlər