Əhəd Abıyev Nəsimi rayonuna başçı gəlir?

  • 18 apr 2015, 21:36
Bu razılaşmaya Bəylər Əyyubovun necə reaksiya verəcəyi maraqla gözlənilməkdədir

 


Keçmiş millət vəkili, hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Nəsimi rayonuna icra başçısı gəlməyə çalışır.

Bu barədə AzFakt.com-un yazdığına inansaq,Əhəd Abıyev Nəsimi rayonuna başçı gəlmək üçün səylərini artırıb. Qeyd edək ki, uzun müddətdir ki, Əhəd Abıyevin Bakı rayonlarından birinə icra başçısı gəlmək istəməsi haqqında söz-söhbətlər gəzir. Bundan əvvəl Əhəd Abıyevin Suraxanı rayonuna icra başçısı gəlmək planları baş tutmayandan sonra bir müddətdir ki, Əhəd Abıyev yeni seçimini Nəsimi rayonuna edib.

Mənbə bildirir ki, Əhəd Abıyev Nəsimi rayonuna başçı gəlmək üçün uzun müddətdir ki, nəqliyyat naziri Ziya Məmmədovla (Nəsimi rayonu Ziya Məmmmədovun kurasiyasında olduğu üçün), danışıqlar aparıb və nəhayətdə Ziya Məmmədovu razı salmağa nail olub. Ziya Məmmədovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevdən niyə vaz keçdiyi barə də isə mənbə məlumatlı olmadığını bildirib. Qeyd edək ki, Nəsib Məhəməliyev 9 ildir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır və bir müddətdir ki, onun vəzifədən alınacağı barədə söz-söhbət dolaşır.

Mənbə Əhəd Abıyevin Ziya Məmmədovla anlaşa bilməsinini onların arasında olan qohumluq telləri ilə əlaqələndirir. Xatırladaq ki, Əhəd Abıyevin qardaşı oğlu Ziya Məmmədovun qardaşı qızı ilə evlidir. Lakin bütün hallarda Bəylər Əyyubovun komandasında yer alan Əhəd Abıyevin Ziya Məmmədovun kurasiyasında olan rayona başçı gətirilməsini maraqlı hadisə kimi qiymətləndirir. Hələ ki, bu razılaşmaya Bəylər Əyyubovun necə reaksiya verəcəyi maraqla gözlənilməkdədir.

Həmçinin Əhəd Abıyevin Daşkəsən rayon İcra Hakimiyyəti postuna varis belə seçdiyi bildirilir. Belə ki, Əhəd Abıyev öz yerində keçmiş köməkçisi, hazırda Daşkəsən İcra Hakimiyyətində müavin vəzifəsində çalışan və faktiki olaraq Daşkəsəni Əhəd Abıyevin (Əhəd Abıyev Daşkəsəndə çox az olur), adından idarə edən Namiq Süleymanovu görmək istəyir və artıq bu niyyətini də gizlətmir.
Demokratik.Az olaraq bildirməyi borc bilirik ki,bu il ölkəmizdə deputat seçkilərinə təsadüf etdiyindən yaxın vaxtlarda icra başçılarının yerdəyişmələr edəcəyi real səslənmir.Digər tərəfdən,sabiq deputat Əhəd Abıyevin bu ilki deputat seçkilərində yenidən namizədliyini irəli sürəcəyi ilə bağlı söz-söhbətlər də dolaşmaqdadır.Sonuncu versiyanın daha inandırıcı səslənməsi isə danılmazdır.

Məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...
Demokratik.Az