Xəbər lenti
Bütün xəbərlər

Əhəd Abıyev: "Biri gəlir ki, 14 uşağım var bunları necə saxlayım?"

  • 28 may 2015, 10:38

"Məmur gərək nəinki jurnalistə qarşı, vətəndaşa qarşı da da kobud olmasın. Onun da hüquqları, deyiləsi sözü var. Dinləmək, insan kimi yanaşmaq lazımdır".

Bu fikirləri Daşkəsən rayon İcra Hakimiyətinin başçısı Əhəd Abıyev jurnalist-məmur münasibətlərindən danışarkən deyib. O, qeyd edib ki, insanlar gərək bir-birlərini başa düşsünlər:

"Hərdən adamı elə əsəbləşdirirlər, sinir sisteminə toxunan sözlər deyirlər ki, qalırsan pis vəziyyətdə. Burada söhbət təkcə jurnalistlərdən getmir. Məsələn, adi vətəndaş gəlir deyir ki, "14 uşağım var, mən bunları saxlaya bilmirəm, nə edim?". Sən də sual vermək istəyirsən ki, "mən sənə demişdim 14 uşağı dünyaya gətir"?. Sual içindən sual çıxır. 14 uşağın olmağı bir tərəfdən yaxşıdır ki, millətin sayı artır. Amma vətəndaş tələb edir ki, bu uşaqların yeməyini, içməyini verin. Soruşanda nə işləmisən? -Deyir: "Sürücü. İndi də gözlərim görmür, işləyə bilirəm".

Axı burada günahkar biz deyilik. Yəni belə vəziyyətlərdə insanda əsəb yaranır. Ancaq hər iki tərəf xoş münasibətdə olsa, insanlar bir-birlərini başa düşsələr bütün işlər qaydasında olar".

Həsən ELBRUSOĞLU

Oxşar xəbərlər