Demokratik TV
Əhəd Abıyev və Eldar Mahmudov-dost kimi düşmən?
İcra başçısı niyə məhz indi danışır?
Demokratik.Az Vətəninfo.az-a istinadən xəbər verir ki, sabiq millət vəkili,hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev sabiq MTN-nin şefi Eldar Mahmudovla aralarinda keçən söhbət və MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general Akif Çovdarovla söyüşməsi ilə bağlı xəbər bir neçə gün öncə mediada yayılıb.
Bu xəbərdə qeyd edilir ki, Icra başçısı MTN-nin oğurladığı iş adamını xilas edib.Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı iş adamları ilə yanaşı, həm də vəzifəli şəxsləri şantaj etməsi, onlardan haqq yığması ilə bağlı hər gün yeni faktlar açıqlandığı hər kəsə bəlli olsa da, Daşkəsənin icra başçısına yaxın olan iş adamlarının oğurlandığı barədə xəbər doğrudan da diqqətçəkicidir.Amma niyə və hansı səbəbdən Əhəd Abıyev bu hadisəni gizlədib bu müəmmadı.Çünki, bildiyimizə görə Eldar Mahmudovla Əhəd Abıyev Anadolu türkləri demİş” çox yaxın "Kanka” olublar”. Hətta vaxt olub ki, bir masa arxasında belə bir-birlərinin şəninə badələr belə qaldırılıb. Digər bir tərəfdən Əhəd Abıyev ölkə prezidentinin Daşkəsən rayonunda rəsmi yerli nümayəndəsi idi. İcra başçısı rayonda tikinti işlərində iştirak edən iş adamlarının başına torba keçirildiyi an prezident administrasiyasına xəbər verə bilərdi,yaxud da daima medianın gündəmində olduğunu diqqətə alıb məsələni içtimailəşdirə bilərdi. Əhəd Abıyev niyə və hansı səbəbdən bunu etməyib, qaranlıq qalan budur. Eyni zamanda yayılan xəbərdə qeyd edilir ki, başlarına torba keçirilən iş adamı və mühasibi olub və onlar bankdan pul çıxaran zaman hadisə baş verib.

Əhəd Abıyevin bu məsələyə aydınlıq gətirməsi də vacibdi.
Xatırlayırsınızsa hələ Əhəd Abıyev millət vəkili olduğu zaman Masallı rayonunda rayon mərkəzi bazarının müdiri Çingiz Həşimov və oğlu Yavər Həşimovun həbsindən sonra Əhəd Abıyev mətbuata bildirmişdi ki, o bir neçə deputat həmkarı ilə Masallıya səfər edib və rayonda 4 minə qədər vətəndaşın iştirakı ilə aksiya keçirilib. O dövrdə Əhəd Abıyevin verdiyi açıqlama:"Çingiz Həşimovla oğlu qanunsuz həbs olunub və mən buna etiraz etmişəm. Bunu isə hansısa nazirlə əlaqələndirir və həmin adamla aramıza narazılıq salmaq istəyirlər. Amma belə bir hal yoxdur. Həşimovların həbsinin əsas səbəbləri araşdırılmalıdır. Həbsin səbəbi Çingiz Həşimovun iş adamı olmasıdır. Onun mənimlə heç bir yaxınlığı yoxdur”.
Göründüyü kimi Əhəd Abıyev hakim partiyanın millət vəkili olmasına baxmayaraq belə bir aksiyanı təşkil etmişdi və bu hadisədən sonra da cəzasız qaldı.
Əhəd Abıyevin iş adamlarının başına torba keçirilərək MTN-nə aparılmaları və onun bu hadisəni bildikdən sonra Akif Çovdarovla və Eldar Mahmudovla hansısa şəkildə üz-üzə gəlməsi baş veribsə, icra başçısının baş verən hadisəni ölkə rəhbərliyindən gizlədibsə,deməli, Əhəd Abıyev də MTN olayları ilə bağlı istintaqa çağrılmalı və niyə, hansı səbəbdən baş verən hadisəni gizlətməsi öyrənilməlidir.
Çünki, Əhəd Abıyev açıqlamasında qeyd edir ki, ona baş verən hadisədə bildiriblər ki,”neçə ildi icra başçısısan, bizi gəlib görmürsən”-deyilib. Belə çıxır ki,Əhəd Abıyevdən açıq şəkildə MTN-də rüşvət istənilib və o MTN-də rüşvət istənildiyi haqqında ölkə rəhbərliyini məlumatlandırmayıb.Niyə və hansı səbəbdən?
Bütün bunlara yalnız və yalnız İcra Başçısı Əhəd Abıyev cavablandıra bilər.
Redaksiyadan: Daşkəsən rayon İH-nin başçısı Əhəd Abıyevin də mövqeyini dərc etməyə hazırıq.
Demokratik.Az
