Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:51 - 12.11.2019  
“Ayna Sultanovanın heykəli götürülməlidir” - Tarixçi alim
Tarix: 6-05-2019, 08:35 | Bölmə: Xəbərlər » Maraqlı

"O, onun kimilərinin xalqımızın 100 minlərlə nümayəndəsinin öldürülməsində əli var”

“Ayna Sultanovanın heykəli götürülməlidir” - Tarixçi alimBakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkında təmir işlərinə başlanılıb. Uzun müddət idi ki, bu park hasara alınmışdı. Lakin içəridə hansısa təmir işləri aparılmırdı.

Parkın ərazisinə daxil olduğu Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilirdi ki, dövlət tərəfindən lazımi vəsait ayrılmadığı üçün parkda təmir işləri yubanır. Artıq bu vəsait ayrılıb və əsas mövzu parkın gələcək adı, Ayna Sultanovanın heykəlinin aqibəti məsələsidir.

Bu xüsusda sosial şəbəkələrdə məlumat yayılıb ki, təmir işlərindən sonra Ayna Sultanovanın heykəli götürüləcək. Sosial şəbəkələrdə məsələyə münasibət bildirən çoxluq hesab edir ki, əslində Ayna Sultanovanın şəhərin mərkəzində heykəli olmalı deyil. Çünki o, bugünkü dövlətimizin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yıxılmasında əli olan bolşeviklərdən biridir. Elə yeri gəlmişkən arayış verək ki, Ayna Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.

O, Azərbaycanda bolşevik partiyasına yazılan ilk azərbaycanlı qadın uzun illər Azərbaycanda kommunist partiyasının ideyalarını həyata keçirən bolşevik siyasi xadim olub. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb. A.Sultanova məşhur bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi. A. Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə güllələnib.

Parkda aparılan tikinti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən modern.az saytına bildirilib ki, ötən ilin dekabr ayında imzalanmış sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədi ilə icra hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Ayna Sultanova parkında yenidənqurma işləri aparılacaq.

Binəqədi Rayon İcra Hakimiyyəti Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə yayılmış fikirlərin də yanlış olduğunu bəyan edib: "Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yenilənməsi işləri gedir”.

İcra Hakimiyyətindən deyilib ki, təmir işləri sürətləndirilib və ehtimal ki, iyun ayında açılışı olacaq.

"Yeni Müsavat”a danışan tarixçi alim Dilavər Əzimli bildirib ki, Ayna Sultanovanın heykəli həmin parkdan birmənalı şəkildə götürülməlidir: "Ancaq bu heykəlləri götürüb, məhv etmək də olmaz. Avropa ölkələrində belə bir ənənə var ki, bu kimi heykəlləri götürürlər, ancaq məhv etmirlər. Onlar üçün ayrıca bir park yaradıb, orada saxlayırlar. İnsanlar da həmin parkı ziyarət edirlər və tarixlərini xatırlayırlar. Hələ Karl Marksın heykəli götürülən zaman mən məsələ qaldırmışdım ki, bu heykəlləri məhv etməyin, parka yığıb, tələbələri ora aparın. Bununla gənc nəsil həmin dövrü xatırlayar, xalqın başına nələr gəldiyini bilər. Biz istəsək də, istəməsək də belə bir dövr olub. Gənclər bu heykəllərə baxıb, həmin dövr haqqında bilgiləri araşdırsalar, gələcəyimiz üçün də faydalı olar. Bu, millətin oyanışı üçün olduqca önəmlidir. Sistemlər dəyişdikcə, özündən əvvəlki heykəlləri silib, atır. Bu da yanlışdır. Ənənəni dəyişdirmək lazımdır. Ən azından biz indiyə qədər cümhuriyyət parkı yaratmalı idik. Həmin parka xalqın qeyrətli oğullarının heykəli qoyulmalı idi. Nuru Paşanın, Məhəmməd Əmin Rəsulzadənin, Ənvər Paşanın və digərlərinin həmin parkda heykəli qoyulsaydı, daha yaxşı olardı”.

Tarixçi deyib ki, Ayna Sultanova və onun kimilərinin xalqımızın 100 minlərlə nümayəndəsinin öldürülməsində əli var:"Bu adamların da heykəlini qoyanda belə təbliğat qurmaq lazımdır. Görüntü başqa bir şeydir. Oxumaqdan əvvəl, görüntü ilə öyrənmək, görüntünü yaddaşa yazmaq daha effektivdir. Hazırkı parkdan Ayna Sultanovanın heykəli götürülməlidir. Onun adı da həmin parka verilməli deyil. Biz öz tariximizə qiymət verən zaman bütün tarixi şəxsiyyətlərə qiymət verməyi bacarmalıyıq. Ayna Sultanova bizim müstəqil dövlətçiliyimizə qarşı ən kəskin mövqe tutan, müstəqil dövlətimizi yıxan insanlardan biri olub. Sonda isə bolşeviklərin qurbanına çevrilib.  Onun taleyi də elə gətirdi ki, axırda çox əzabla öldürüldü. Belə məlumat var ki, Ayna Sultanovanı öldürən zaman onu mismarlar vurulan otağa salıb, mismarların üzərinə çıxarıblar. Yəni əzabla öldürülən insanlardan biridir. Xalqımıza əzab verdi, özü də eyni cür öldürüldü. Bu insan tariximizdə müsbət şəxsiyyət kimi qalmayıb və qalmayacaq. Tarix hər kəsə qiymət verir. Tarix o adamları aşağılayır ki, həmin insanlar öz xalqlarını, dövlətlərini başqalarının ayağına veriblər. Ayna Sultanova da onlardan biri olub. Ona görə də adına park olmalı deyil, heykəli də həmin yerdən götürülməlidir”.

Xəbər 1116 dəfə oxunub






Oxşar xəbərlər

Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
“Fondpulu” tələb edən sinif rəhbəri cəzalandırıldı
Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı
Kəlbəcərli girovlar azadlığın bir addımlığında
Parlament seçkiləri niyə bu il keçirilmədi və 125 mandatın taleyi...
"Rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar" - İlham Əliyev
"Həyətlərdə təhlükəsizlik kameraları qoyulmalıdır"
"ASAN xidmət"ə 19 milyon manat ayrılıb - SƏRƏNCAM
“KAZIMZADƏ İLƏ AĞAZADƏNİN “PUL DAVASININ” QURBANLARIYIQ” – ŞİKAYƏT
Əliyevin dəmir yumruğu, yoxsa Əliyevanın zərif əli? – Müxalifət seçim qarşısında…
"McDonald's" prezidenti vəzifəsini tərk edib
Əsəd Ərdoğana əl uzatdı - nələr olacaq?
Kremldən İrəvana “ev tapşırıqları” - Lavrov Ermənistana niyə gedir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29667] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00899] calend [0.00051] topnewsend [0.00388] rsssend [0.00000] ehgend [0.02289] tagsstart [0.00101] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25846]