Çində Kommulist liderin 37 metrlik nəhəng heykəli uçuruldu

  • 09 yan 2016, 18:47
Çinin kommunist lideri Mao Tsedunun37 metrlik nəhəng heykəli Çin hakimiyyətinin göstərişi ilə məhv edilib.

Çin rəsmi dairələri sensasion qərarın səbəbini belə izah edirlər ki, onu inşa edənlərin bu ölçüdə heykəl qoymağa rəsmi icazəsi olmayıb. 

Henan əyalətində qoyulmuş Çin liderinin qızılı heykəlinin fotoları keçən həftə dərc edilmişdi. Heykəlin qiyməti 3 milyon yuan qiymətləndirilir.