Venesiyanın tarixi mərkəzi 75 faiz su altında qalıb

  • 30 okt 2018, 08:36

Venesiyada tarixi mərkəz Afrikadan gələn sirokko küləyi səbəbindən təqribən 75 faiz su altında qalıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, 29 oktyabr tarixində yerli vaxtla təqribən 15:00-da suyun səviyyəsi dəniz səviyyəsindən 156 sm-ə çatıb.

Hazırda şəhər meri Luici Brunyaronun göstərişinə əsasən, yerli sakin və turistlərə San-Marko meydanına keçmək qadağan edilib. Bu tədbirlər bədbəxt hadisələrdən qaçmaq üçün görülüb.

Bildirilir ki, suyun səviyyəsinin 156 sm-ə çatmasından sonra hakimiyyət Venesiyada ictimai nəqliyyatın əsas növü olan məşhur vaporetto paroxodlarının işini dayandırıb.

Oxşar xəbərlər