Gənc oğlan at arabasının altında qalıb -Qaxda

  • 27 dek 2015, 10:30
Qaxda bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Demokratik.Az xəbər verir ki, rayonun Qaysarlı kənd sakini, 1990-cı il təvəllüdlü Kərimli Elnur Rüstəm oğlu at arabasını sürərkən qəflətən yerə yıxılıb və araba onun üzərinə aşıb.

Yaralı qapalı kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrinin əzilmiş yaraları ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Cərrahiyə şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti orta ağırdır.