GÜRCÜSTAN YENİ PREZİDENTİNİ SEÇƏ BİLMƏDİ – İkinci tur olacaq

  • 29 okt 2018, 14:53

Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb.

"Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-nitoplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.

Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.

Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi” Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb.

Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub.

***

Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 86 faizi hesablanıb.

"Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Bildirilir ki, son hesablamalardan sonra müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi təqribən 1 faiz təşkil edir.

Məlumata görə, Zurabişvili səslərin 38,64%-ni, Vaşadze isə 37,65%-ni toplayır.

MSK hazırda 3705 seçki məntəqəsindən 3191-i üzrə bülletenlər hesablanıb.

***01:44

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

"Report”un Gürcüstan bürosunun xəbərinə görə, nəticələrə əsasən, müstəqil namizəd Salome Zurabişvili 41,7%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 36,09% səs toplayıb.

Seçkilərdə məğlubiyyətini etiraf etmiş Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze isə 10,82% səs qazanıb.

Bu saata qədər 3705 seçki məntəqəsinin 665-i üzrə səslər sayılıb. Bu da seçki məntəqələrinin ümumi sayının 17,95%-ni təşkil edir.

Bundan əvvəl Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçiriləcəyi məlum olub.

***

47e6ee09e0cc14ba70f55e24aae32276Gürcüstanda prezident seçkiləri 2-ci tura qaldı. Bu barədə politoloq Şahin Cəfərli facebook profilində yazıb. O, qeyd edib ki, bu, demokratikləşmə, avropalaşma yolunda irəliyə doğru böyük addımdır.

"İkinci turda Vahid Milli Hərəkat (Saakaşvilinin partiyası) başda olmaqla, 11 partiya tərəfindən namizədliyi irəli sürülmüş Qriqol Vaşadze və "Gürcü Arzusu”nun dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvili mübarizə aparacaq.

Üçüncü yeri tutmuş David Bakradze 2-ci turda Vaşadzeni dəstəkləyəcək.

Onu da əlavə edim ki, soydaşlarımızın əksəriyyəti Vaşadzeyə səs verib”.

***

Gürcüstanda prezident seçkiləri üzrə səsvermə başa çatıb.

Üç "exit-poll”un nəticələri açıqlanıb. Musavat.com xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli facebook-da yazıb.

Məlumatda bildirilir ki, "Gürcü Arzusu”nun sifarişi ilə yerli şirkətin keçirdiyi "exit-poll”un nəticəsi belədir:

Salome Zurabişvili – 52%
Qriqol Vaşadze – 28%
David Bakradze – 9%.

"Rustavi 2″nin sifarişi ilə ABŞ-ın "Edison Research” şirkətinin keçirdiyi "exit poll”:

Vaşadze – 40%
Zurabişvili – 40%
Bakradze – 10%.

Bakradzenin partiyasının (Avropalı Gürcüstan) sifarişi ilə "BCG Research” tərəfindən keçirilən "exit-poll”:

Vaşadze – 37%
Zurabişvili – 34%
Bakradze – 17%.

Zurabişvilinin ilk turda qalib gəlməsi inandırıcı deyil. Amma İvanişvili məsələnin ilk turda bitməsində maraqlıdır. MSK-nın açıqlayacağı ilkin nəticələri gözləyək.

Oxşar xəbərlər