Dollar 5 lirəni keçdi – TARİXİ REKORD

  • 06 avq 2018, 10:57

Türk lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir.

Oxu.Az xəbər verir ki, dollar/tl məzənnəsi həftənin ilk iş günü, səhər saatlarında 5.12 lirə səviyyəsinə yüksəlib.

 

 

Beləliklə, dollar lirəyə nisbətdə son bir həftə ərzində 5,36 faiz bahalaşaraq, ilin əvvəlindən bu yana 25 faiz güclənib.

Qeyd edək ki, iyul ayında Türkiyədə illik inflyasiya 15,85 faiz təşkil edib. Aylıq bu rəqəm 0,55 faiz olub.

Oxşar xəbərlər